Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Ağır Qustav”: dünyanın ən böyük sulahının yaranma tarixçəsi

İkinci Dünya müharibəsi illərində Almaniyada bir sıra qeyri-adi silahlar yaranmışdı. Bu layihələrin sırasında isə “Ağır Qustav” (almanca: Schwerer Gustav) xüsusi yer tuturdu. Bu, 800 millimetr çaplı, dəmir yolu üzərində hərəkət edən super ağır top idi. “Ağır Qustav” döyüşdə istifadə olunmuş ən böyük yivli artilleriya qurğusu hesab edilir.

Topun hazırlanması 1930-cu illərdə “Krupp” şirkətinə tapşırılmışdı. Hitler Fransanın “Majino müdafiə xətti”ndəki istehkamları dağıda biləcək silah yaratmağı tələb etmişdi. Nəzərdə tutulurdu ki, topun mərmiləri bir neçə metr qalınlığında dəmir-betonu, qalın zirehi və onlarla metr torpaq qatını deşə bilsin. Almaniya Fransaya hücum edən zaman top hələ hazır deyildi. Alman qoşunları isə “Majino xətti”ni yan keçərək irəliləmişdilər.

Tam yığılmış “Qustav”ın çəkisi təxminən 1350 ton idi. Topun lüləsinin uzunluğu 32 metrdən, bütün qurğunun uzunluğu isə 40 metrdən çox idi. Top çoxsaylı təkərləri olan dəmir yolu platformalarının üzərində yerləşdirilmişdi və iki paralel rels xətti boyunca hərəkət edirdi. Lüləni sağa və ya sola çevirmək demək olar ki, mümkün deyildi. Buna görə də nişan almaq üçün əyri dəmir yolu çəkilir və bütün top həmin yol üzərində hərəkət etdirilirdi.

Betondağıdan mərminin çəkisi təxminən 7,1 ton idi və onun daxilində 250 kiloqrama yaxın partlayıcı maddə yerləşirdi. 4,8 ton ağırlığında olan fuqas mərmisi isə 700 kiloqrama qədər partlayıcı daşıyırdı. Topun atəş məsafəsi 38–47 kilometr təşkil edirdi. Bir atəşə hazırlıq isə xeyli vaxt aparırdı.

Topu bütöv halda daşımaq mümkün deyildi. Buna görə də onu hissələrə ayırır və dəmir yolu qatarları ilə mənzil başına çatdırırdılar. İstifadə ediləcəyi ərazidə relslər çəkilir, kranlar quraşdırılır, anbarlar, rabitə sistemi və hava hücumundan müdafiə mövqeləri yaradılırdı. Topun yığılması bir neçə gün, mövqenin hazırlanması isə həftələrlə vaxt aparırdı. Topun əsas heyəti bir neçə yüz nəfərdən ibarət olsa da, istehkamçılar, dəmiryolçular, mühafizəçilər və texniki işçilərlə birlikdə həmin qurğuya minlərlə hərbçi xidmət edirdi.

“Qustav”ın döyüşdə istifadə edildiyi yeganə təsdiqlənmiş yer Sevastopol olub. Top “Dora” adı ilə də tanınırdı. 1942-ci ilin yayında o, Krıma gətirilmişdi və Baxçasaray yaxınlığında quraşdırılmışdı. Sahil batareyalarına, istehkamlara və yeraltı anbarlara topdan atəş açılmışdı. Müxtəlif məlumatlara görə, “Qustav” 48–53 döyüş atəşi həyata keçirmişdi.

Silahın əsas uğuru Şimal körfəzi ərazisində yerin dərinliyində yerləşən sursat anbarını vurması hesab olunur. Hansı obyektlərin məhz bu top tərəfindən dağıdıldığını dəqiq müəyyənləşdirmək mübahisə yaradır, çünki həmin vaxt Sevastopol yüzlərlə digər toplardan atəşə tutulurdu, şəhərə qarşı aviasiyadan da istifadə edilirdi.

Döyüşlərdən sonra “Qustav” sökülərək təmirə göndərildi. Bundan sonra top bir daha düşmənə atəş açmadı. Ondan Leninqrad yaxınlığında, Cəbəllütariqə qarşı və başqa istiqamətlərdə istifadə etmək planlaşdırılırdı. Həmin planların heç biri həyata keçirilmədi.

Müharibənin sonunda almanlar qurğuları müttəfiq qüvvələrin əlinə keçməməsi üçün məhv etdilər. Topdan yalnız ayrı-ayrı hissələr və mərmi qalıqları qaldı.

“Ağır Qustav” mühəndislik baxımından böyük nailiyyət olsa da, olduqca əlverişsiz silah idi. O, çox böyük vəsait və insan qüvvəsi tələb edir, ləng hərəkət edir, dəmir yolundan asılı olur və yalnız hərəkətsiz hədəfləri vura bilirdi.

Qalaları dağıtmaq üçün yaradılmış bu nəhəng silah elə bir dövrdə meydana çıxmışdı ki, müharibənin taleyini artıq aviasiya, tanklar və sürətli hərəkət edən qoşunlar həll edirdi.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin