Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

Ağakərim Səmədzadə: Bakı və Sumqayıtda iqlim adaptasiyası məqsədilə yaşıl sahələrin genişləndirilməsi mühümdür

Ağakərim Səmədzadə

Şəhər və yaşayış məkanlarının inkişafı iqlim dəyişikliyinin yaratdığı risklər nəzərə alınmaqla planlaşdırılmalı, xüsusilə qeyri-formal məskunlaşma ərazilərində yaşayan əhalinin təhlükəsizliyi və rifahı prioritet olmalıdır.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə bildirib.

Onun sözlərinə görə, insanlar daha təhlükəsiz ərazilərdə yaşamalı, əsas xidmətlərə daha sabit çıxış əldə etməli və dayanıqlı infrastrukturdan faydalanmalıdırlar.

“Bu yanaşma Azərbaycanın iqlim siyasəti sənədlərində də öz əksini tapır. Əsas prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsidir. Bu, BMT Baş katibinin “Hamı üçün erkən xəbərdarlıq” təşəbbüsü ilə də uzlaşır və məqsəd iqlim, təbii fəlakət risklərindən qorunmanın bütün cəmiyyətləri, xüsusilə də həssas qrupları əhatə etməsidir. Bakı və Sumqayıt kimi iri şəhərlərdə iqlim adaptasiyası məqsədilə yaşıl sahələrin genişləndirilməsi, ağacəkmə tədbirlərinin artırılması, kölgəli ictimai məkanların yaradılması, enerji səmərəli binaların tikintisi, istilik izolyasiyasının yaxşılaşdırılması və suya qənaət texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər həm şəhərlərdə “istilik adası” effektini azaldır, həm havanın keyfiyyətini yaxşılaşdırır, həm də daşqın risklərini minimuma endirir. Məhdud maliyyə resursları nəzərə alınaraq, ölkə əsas diqqəti aşağıxərcli, lakin yüksək təsirə malik həllərə yönəltməlidir. Yaşıl ictimai məkanların artırılması, su resurslarının səmərəli idarə olunması, binaların izolyasiyasının gücləndirilməsi və icma əsaslı şəhər planlaşdırılması bu baxımdan xüsusilə effektiv hesab olunur”, – deyə nazir müavini vurğulayıb.

Ağakərim Səmədzadənin sözlərinə görə, bu yanaşma həm iqlim dəyişikliyinə uyğunlaşmanı sürətləndirir, həm istixana qazı emissiyalarının azalmasına töhfə verir, həm də ümumilikdə sosial dayanıqlılığı gücləndirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan paytaxtında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) daha bir tematik tədbir keçirilib.

Ən son

GÜNDƏM

Şəhər və yaşayış məkanlarının inkişafı iqlim dəyişikliyinin yaratdığı risklər nəzərə alınmaqla planlaşdırılmalı, xüsusilə qeyri-formal məskunlaşma

GÜNDƏM

Şəhər və yaşayış məkanlarının inkişafı iqlim dəyişikliyinin yaratdığı risklər nəzərə alınmaqla planlaşdırılmalı, xüsusilə qeyri-formal məskunlaşma
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin