Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

ADSEA: Sürətli urbanizasiya və köhnəlmiş infrastruktur su sektorunda yeni problemlər yaradır

WhatsApp Image 2026-05-17 at 19.27.53

Müasir dövrdə iqlim dəyişiklikləri, sürətli urbanizasiya, əhali sayının artması və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışların meydana çıxmasına səbəb olur. Belə bir şəraitdə kommunal xidmət qurumları arasında əməkdaşlıq artıq seçim deyil, zəruri ehtiyaca çevrilib.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) şöbə müdiri Riyad Axundzadə Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən müzakirələr zamanı səsləndirib. Tədbirdə su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunub.
Riyad Axundzadə bildirib ki, iqlim dəyişikliklərinin təsirləri artıq həm gündəlik həyatda, həm də su sektorunda daha qabarıq şəkildə hiss edilir.
“Qeyri-sabit hava şəraiti də iqlim dəyişikliklərinin yaratdığı əsas nəticələrdən biridir. Mövcud çağırışlar su idarəçiliyinə daha inteqrasiya olunmuş yanaşmanın tətbiqini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, təhlükəsiz içməli su və sanitariya xidmətlərinə çıxışın genişləndirilməsi, su itkilərinin azaldılması və tullantı sularının idarə edilməsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Rəqəmsallaşma, əməliyyat səmərəliliyinin artırılması, təmizlənmiş tullantı və yağış sularının təkrar istifadəsi, həmçinin müasir texnologiyaların tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsas prioritet istiqamətləri sırasındadır. İnanıram ki, bugünkü görüşlər yeni tərəfdaşlıqların qurulmasına, faydalı təşəbbüslərin formalaşmasına və gələcək əməkdaşlığın daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə Riyad Axundzadə vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİM-dən Baki-baku.az-a bildirilib ki, Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar imtahana müəyyən qədər gecikən şəxslərə şərait yaradılıb

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin