Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

ADNSU WUF13-də gələcəyin texnologiyalarını təqdim edir

WUF13

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) innovasiya, texnologiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslərlə təmsil olunur. Forum çərçivəsində öz stendi ilə iştirak edən ADNSU innovasiya potensialını, tələbə təşəbbüslərini və texnoloji həllərini beynəlxalq auditoriyaya təqdim edir.

Bu barədə Baki-baku.az-a ADNSU-dan bildirilib. Stenddə ziyarətçilərə məlumat verilməsi məqsədilə ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, şöbənin baş mütəxəssisi Günel Tağıyeva və tələbə-startapçı İsmayıl Hacıyev iştirak ediblər. Stenddə universitetin təhsil imkanları, beynəlxalq əməkdaşlıqları, innovasiya ekosistemi, tələbə layihələri və startap təşəbbüsləri barədə ətraflı məlumat təqdim olunur.

Forum çərçivəsində ADNSU tələbələrinin hazırladığı innovativ startap layihələri də sərgilənir. Təqdim olunan layihələr dayanıqlı texnologiyalar, təhlükəsizlik və ağıllı həllər istiqamətində gənclərin innovativ yanaşmalarını nümayiş etdirir.

Sərgidə nümayiş olunan layihələrdən biri ADNSU-nun Biznes Administrasiyası proqramının 2-ci kurs tələbəsi İsmayıl Hacıyevin təsis etdiyi “AIRT” (Azerbaijan Intelligent Robotics Technologies) startapıdır. Hazırda prototip mərhələsində olan layihə neft və qaz sənayesində avtonom inspeksiya proseslərinin həyata keçirilməsi üçün robot texnologiyalarının tətbiqini nəzərdə tutur. Startapın əsas məqsədi təhlükəli istehsalat sahələrində insan faktorunun minimuma endirilməsi, risklərin azaldılması və əməliyyat təhlükəsizliyinin artırılmasıdır. Layihə çətin və riskli mühitlərdə insanların yerinə robotların fəaliyyət göstərməsini təmin etməyə yönəlib.

Qeyd edək ki, “AIRT” startapı ADNSU və IDEA İctimai Birliyinin birgə həyata keçirdiyi “IDEALIZE” inkubasiya proqramının qaliblərindən biri olub. Layihə innovativ texnologiyaların sənayedə tətbiqi və gələcəkdə real istehsalat mühitinə inteqrasiya potensialı ilə diqqət çəkir.

Forumda təqdim olunan digər layihə isə ADNSU-nun İnformasiya təhlükəsizliyi fakültəsinin I kurs tələbəsi Arzu Balakişiyevanın müəllifi olduğu “Green Ozone” layihəsidir. Layihə smart ozonator cihazı vasitəsilə suyun təmizlənməsini təmin edən innovativ və ekolojiyönümlü texnologiya təqdim edir.

Layihənin işləmə prinsipi günəş enerjisindən istifadə əsasında qurulub. Günəş paneli vasitəsilə əldə olunan enerji batareyada toplanır, invertor vasitəsilə sabit cərəyandan dəyişən cərəyana çevrilir və mikrokontrollerin köməyi ilə ozonatorun müəyyən edilmiş zaman intervalında avtomatik fəaliyyəti təmin olunur. Geri sayım düyməsinə basıldıqdan sonra cihaz avtomatik şəkildə işə düşür, rele modulu isə dövrəni ayıraraq ozonatorun istifadəçi müdaxiləsi olmadan fəaliyyətini dayandırır. Layihə həm enerji səmərəliliyi, həm də ekoloji dayanıqlılıq baxımından diqqət çəkən həll modeli kimi təqdim olunur.

Forum çərçivəsində ADNSU-nun bir sıra əməkdaşları və universitetdə təhsil alan əcnəbi tələbələr də sərgi ilə tanış olublar. Eyni zamanda, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr beynəlxalq tədbirdə könüllü qismində iştirak edərək təşkilati proseslərə dəstək göstərirlər.

Qeyd edək ki, mayın 22-dək davam edəcək forum çərçivəsində müxtəlif görüşlər, assambleya sessiyaları, sərgilər və urbanizasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və gələcəyin şəhərləri ilə bağlı müzakirələr keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa

Ən son

GÜNDƏM

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi,

GÜNDƏM

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi,

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin