Nəşr edilmişdir 06/05/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Abbas Mirzə Qacar İmam Şamil kimi Çar Rusiyası ilə 20 il mücadilə etdi

Abbas Mirzə Qacar, Bəhmən Mirzə Qacar, Bəhmən Mirzə Qovanlı-Qacar, Qacarlar, Qacarlar dövləti, İmam Şamil, Fətəli şah Qacar

Üçüncü yazı

Çar Rusiyasının Qafqaza gəlişi, ümumiyyətlə Azərbaycan torpaqlarının işğalı ilə bağlı gerçəkləşdirdiyi qanlı müharibələr tarixi mənbələrdə məhz müharibə təsvirçiləri, salnamə yazanlar tərəfindən qələmə alınmış illər sonra nüfuzlu tədqiqatçılar tərəfindən araşdırılmışdır. “Gürcüstanın Çar Rusiyasına birləşdirilməsi, Gəncənin işğalı, Rusiyanın Azərbaycanın içərisinə doğru irəliləməsi Qacarlar dövlətini qəti tədbirlər görməyə vadar etdi. 1804-cü ilin mayında Qacarlar, rus qoşunlarının Transqafqazdan çıxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi və 1804-cü il iyunun 16-da savaş başladı”.

Tarixi mənbələrə istinad edərkən vəliəhd Abbas Mirzə Qacarın sərkərdə-xaqan obrazı göz önündə canlanır. Ömrünün 20 ilindən çoxunu Çar Rusiyası ilə mücadiləyə həsr edən Bəhmən Mirzə Qovanlı – Qacar 1804-cü il iyulun 16-dan Çar Rusiyasının qorxulu röyasına çevrildi. Sisyanovun, qraf Paskeviçin, Kotlyarevskinin ölüm mələyinə dönən bu qüdrətli sərkərdənin Güney Azərbaycanın valisinin gəlişi əslində Çar Rusiyası tərəfindən gözlənilməz olsa da, gözlənilməz də olmadı. Onlar Azərbaycanın Qacarlar dövləti üçün xüsusi əhəmiyyətə malik olduğunu bildikləri kimi, keçilməz olduğunu da bilirdilər. Tarixi mənbələr də sübut edir ki, “Cənubi Azərbaycan hakimi şahzadə Abbas Mirzənin 50 minlik ordu ilə İrəvana yaxınlaşması general Sisyanov üçün gözlənilməz olmadı. O, bütün qışı qoşun hazırlamaq və səfər tədarükü görməklə keçirmişdi. İrəvan hakimi Məhəmməd xanın onu vaxt itirmədən İrəvana çağırması nəzərə alınmışdı. Abbas Mirzə 1804-cü il iyunun sonunda 3600 piyada, 3 eskadron atlı və 300 kazakdan ibarət rus qoşunu 12 top ilə artıq İrəvan yaxınlığında idi. Üçkilsə (Eçmiədzin) və Qəmərlidə olan ilk döyüşlərdə Sisyanov üstünlük qazandı. İrəvan şəhərini mühasirəyə aldı. Şahzadə Abbas Mirzə Qacarın qoşunundan üç dəfə artıq ordu, mükəmməl hərbi təlim proqramı ilə İrəvan qalasına hücum edən general Sisyanovun qələbəsi Fətəli şah Qacara ağır gəldi. O qısa zaman kəsiyində İrəvana – Qarabağa – Azərbaycana səfər etdi. Fətəli şahın gəlişi çar cəlladlarının geri çəkilməsi ilə nəticələndi.

Abbas Mirzə Qacar, Bəhmən Mirzə Qacar, Bəhmən Mirzə Qovanlı-Qacar, Qacarlar, Qacarlar dövləti, İmam Şamil, Fətəli şah Qacar

Abbas Mirzə Qacarın Çar Rusiyası ilə mücadilə illərinin hər anı bir qəhrəmanlıq tarixidir

Abbas Mirzə Qacarın Çar Rusiyasının üzərinə yeriməsində, bir sərkərdə-xaqan əzəməti sərgiləməsində Fətəli şah Qacarın mühüm rolu vardı. Çar generalları onun iradəsi ilə hesablaşırdılar. Bu hesab-kitaba rəğmən zaman, dövr çar cəlladlarına, Rus imperiyasına işləyir, “sapı özümüzdən olan baltalar da” özlərini ayaqda saxlamaq üçün İmperiya təbəəliyini qəbul edirdilər. Bu acı, kədərəli dəhşətlərin içərisində Fətəli şah Qacarı da, onun vəliəhdini də incidən “Kürəkçay” müqaviləsi, İbrahimxəlil xanın, Molla Pənah Vaqifin mövqeyi idi. Belə həssas taleyüklü dönəmdə Qarabağ, İrəvan məsələsi Fətəli şah Qacarı Azərbaycan valisini, həm də Qacarlar sülaləsinin vəliəhdini Arazın bu tayına gətirir ki, bu barədə rəsmi sənədlərlə yanaşı, tarixçi təzkirəçilər tərəfindən qələmə alınan əsərlərdə də söz açılır. Bu faktlar həm də şahın və vəliəhdin Vətən, torpaq sevgisini, qürurunu, qeyrətini, əyilməzliyini və məğrurluğunu özündə ehtiva edir: “1805-ci ilin 14 mayında (“Kürəkçay” müqaviləsi) İbrahimxəlil xan Cavanşir mövcud şəraitlə əlaqədar olaraq Rusiyanın hakimiyyətini qəbul edir. Bu xəbər tezliklə Fətəli şahın qulağına çatır. Fətəli şah cəza tədbiri üçün göstəriş verir. Abbas Mirzənin tapşırığı ilə İsmayıl bəy öz qoşunları ilə daha tez Araz çayına qədər irəliləyir. İsmayıl bəy qabaqdan döyüşə girir və az qalır ki, məğlub olsun. Lakin Abbas Mirzənin gəlişi ilə İran (Qacar) qoşunları onları qovur. Bu döyüş Cəbrayıl bağlarında baş vermiş və axşamçağı Məhəmmədhəsən ağa Şuşaya qayıtmışdı”.

Abbas Mirzə Qacarın Çar Rusiyası ilə mücadilə illərinin hər anı bir qəhrəmanlıq tarixidir. Bu tarixin səhifəsinə o öz müdrik adını əyilməzliyi, məğrurluğu, yüksək hərbi hazırlığı və peşəkar hərbi sərkərdə cəsarəti yalnız ona məxsus döyüş taktikası ilə yazdı. Bu barədə məşhur tarixçi alim Rəşid Ədibəşşüara yazır: “Urmiya hakimi Hüseynqulu xan Qasımlı Əfşar qoşununun başında, İsmayıl xan Qacar Gəncə qoşununun başında Gəncə və Tiflis yürüşlərinə qatılmışdı. Abbas Mirzə onlara əmr vermişdi ki, Gəncəni aldıqdan sonra Tiflisə yollanıb, oranı qaydasına salsınlar. Rus komandanı Şaft Tiflis şəhərində əyləşib, İran qoşunlarına qarşı təxribat yaradırdı. Bu ərəfədə Hüseynqulu xanın qoşunu Tiflis şəhərinin iki mənzilliyinə çatırdı. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən müəyyən olunmuşdur. Onlar qoşunu yoxlayıb, sahman yaradırdılar. Əfşar qoşunu irəliyə hücum edir. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən İrəvana, ordan da İrana apardılar”.

Abbas Mirzə Qacar, Bəhmən Mirzə Qacar, Bəhmən Mirzə Qovanlı-Qacar, Qacarlar, Qacarlar dövləti, İmam Şamil

O dövrün məşhur tarixçilərindən biri Mir Mehdi Xəzaninin təsvirlərində də Qacarlar dövləti ilə Çar Rusiyası, Qacar şahının və vəliəhdinin çar generalları ilə savaşları, əhalinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxması ilə bağlı faktlar yer almışdır. Mir Mehdi Xəzaninin “Qarabağnamələr”inin 1991-ci ildə işıq üzü görən 2-ci cildində qeyd olunur: “Əbülfət xan Tuti qonşu Çulundur, Qarapanat, Bərgüşad mahallarını ələ keçirib Dizaq mahalına girdi. Dizaq mahalının Qızılqışlaq kəndində düşərgə qurdu. Bütün ətraf mahalların adlı-sanlı adamları, el-oymaq camaatı Əbülfət xanın başına yığıldı. Hacılı camaatının bəyləri və əhalisi də onun yanına toplandı”. Belə bir mühüm, həssas dönəmdə təəssüf ki, Qarabağ xanl İbrahim Xəlil xanın oğulları ilə Əbülfət xanın arasında gərginlik yaşanır. Hadisəni olduğu kimi təsvir edən Mir Mehdi Xəzani qeyd edir: “Həmin vaxt idi ki, Əbülfət xan gəlib, Tuğ kəndinin iki ağaclığında Qızılqışlaq mənzilinə varid olmuşdu. Yanında külli və çox olan cəmiyyət və qoşun var idi ki, o vaxtda məcmu, Qapan, Bərgüşad və Dizaq mahallarının kəndlərinin əhli, Dizaq-Cavanşir və Hacılı xalqı, hətta Cəbrayıllı bəyləri və əhliləri vardı..

İbrahimxəlil xanın oğulları Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın başçılığı ilə Qarabağ qoşunları Əbülfət ağanın üzərinə hücuma keçirlər. Xanın yan-yörəsinə yığılan qarabağlılar dağıldılar. “Pəs Əbülfət xanın qoşunu şikəst tapıb, yerbəyer yüklərini töküb, qaçmağa başladılar.

Abbas Mirzə Qacar, Bəhmən Mirzə Qacar, Bəhmən Mirzə Qovanlı-Qacar, Qacarlar, Qacarlar dövləti, İmam Şamil

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ən son

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması