Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/27/2026

Paylaşın

HƏR ŞEYDƏN

Ağciyərlərin fəaliyyətini yaxşılaşdıran dərmansız üsul aşkarlandı – Alimlərdən maraqlı nəticə

Ağciyər

Müntəzəm fiziki məşqlər xroniki obstruktiv ağciyər xəstəliyindən (XOAX) əziyyət çəkən insanlarda ağciyərlərin fəaliyyətini yaxşılaşdıra bilər. İsveçin Lund Universitetinin alimləri apardıqları araşdırma zamanı bu qənaətə gəliblər.

Baki-baku.az xəbər verir ki, tədqiqatın nəticələri “Respiratory Research” elmi jurnalında dərc olunub.

Araşdırmada müxtəlif ağırlıq dərəcələrində XOAX diaqnozu olan 62 nəfər iştirak edib. Onlar 12 həftə ərzində həftədə üç dəfə fərdi imkanlarına uyğun aerob və güc məşqləri yerinə yetiriblər.

Müayinələr göstərib ki, məşq proqramından sonra iştirakçıların kiçik tənəffüs yollarında müqavimət azalıb, ağciyərlərin periferik hissələrinin fəaliyyəti yaxşılaşıb. Bundan başqa, iştirakçılar altı dəqiqəlik gəzinti testində əvvəlkindən orta hesabla 28 metr daha çox məsafə qət ediblər.

Alimlərin fikrincə, fiziki aktivlik zamanı nəfəsalmanın dərinləşməsi və sürətlənməsi gündəlik tənəffüs zamanı kifayət qədər işləməyən ağciyər sahələrinin havalanmasına kömək edə bilər. Bu proses ağciyər toxumasının elastikliyinə də müsbət təsir göstərə bilər.

Tədqiqatçılar əldə olunan nəticələrin fiziki məşqlərin XOAX xəstələrinin müalicə və reabilitasiya prosesində əhəmiyyətini bir daha göstərdiyini bildirirlər.

Qeyd edək ki, fiziki məşqlər dərman müalicəsini əvəz etmir. XOAX xəstələri məşq proqramına başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Suraxanı rayonunda qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir.

Ən son

HƏR ŞEYDƏN

Bu gün şahmat taxtasında gördüyümüz şah, vəzir, at, fil, top və piyadalar bizə yaxşı tanışdır.

HƏR ŞEYDƏN

Bu gün şahmat taxtasında gördüyümüz şah, vəzir, at, fil, top və piyadalar bizə yaxşı tanışdır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin