Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2026

Paylaşın

Mədəniyyət

“Yarım əsrlik sənətkar ömrünün Karmeni” – Fidan Hacıyevanın yubileyinə həsr olunmuş möhtəşəm qala konserti

Dekabr ayının 7-i saat 19:00-da Heydər Əliyev Sarayında III Beynəlxalq Opera Festivalının möhtəşəm bağlanış mərasimi – “Yarım əsrlik sənətkar ömrünün Karmeni” adlı qala konsert keçiriləcək.
Baki-baku.az xəbər verir ki, Xalq artisti Fidan Hacıyevanın yubileyinə və opera səhnəsindəki 30 illik fəaliyyətinə həsr olunan bu musiqi gecəsi festivalın ən yaddaqalan hadisələrindən biri olacaq. Konsertdə dünya opera sənətinin ən sevilən obrazlarından olan Karmenin musiqi dünyası, Azərbaycan və dünya klassik musiqisinin seçilmiş inciləri, eləcə də ispan musiqisinin özünəməxsus rəngləri tamaşaçılara təqdim ediləcək.
Qala konsertdə Xalq artisti Fidan Hacıyeva, ispan rəqslərini təqdim edən xoreoqrafiya qrupu və Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi altında Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edəcək. Proqramda klassik musiqinin möhtəşəm səslənişi ilə alovlu flamenkonun ritmləri bir araya gələrək səhnədə xüsusi musiqi atmosferi yaradacaq.
Konsertin repertuarına Jorj Bizenin “Karmen” operasından məşhur ariyalar, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Aqustin Laranın, Luçio Dallanın və Vinçenso Çiaranın əsərləri, eləcə də dünya şöhrətli tenor Luçano Pavarottinin repertuarından seçilmiş nümunələr daxil edilib. Frank Sinatranın ifası ilə sevilən əsərlər də gecənin musiqi rəngarəngliyini tamamlayacaq.
“Yarım əsrlik sənətkar ömrünün Karmeni” yalnız yubiley konserti deyil, həm də Fidan Hacıyevanın zəngin yaradıcılıq yoluna, opera səhnəsində keçirdiyi 30 illik sənət ömrünə musiqili ehtiram olacaq.

7 dekabr, saat 19:00-da Heydər Əliyev Sarayında III Beynəlxalq Opera Festivalının möhtəşəm finalında musiqinin, operanın və flamenkonun unudulmaz harmoniyasına şahid olun!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu unudulmuş zərgərlik sənətinin tarixindən bəhs edir.

Ən son

GÜNDƏM

Baki-baku.az həmin paylaşımı təqdim edir:
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin