Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/23/2026

Paylaşın

HƏR ŞEYDƏN

Zəngli saatın olmadığı dövrlərdə insanlar necə oyanırdı?

Bu gün vaxtında oyanmaq üçün telefonda zəngli saatı qurmaq kifayətdir. Bəs bir neçə əsr əvvəl, belə cihazların olmadığı dövrdə insanlar səhərlər necə oyanırdılar? Sən demə, keçmişdə bunun üçün müxtəlif üsullardan istifadə olunurdu. Hətta bəzi ölkələrdə insanları pul müqabilində yuxudan oyadan şəxslər də var idi.

Baki-baku.az bu yazıda müasir zəngli saatlar yaranmazdan əvvəl insanların yuxudan necə oyandıqlarından bəhs edir.

Qədim dövrlərdə insanlar əsasən Günəş doğanda yuxudan oyanırdılar. Xoruzların banlaması və digər səhər səsləri də onların oyanmasına kömək edirdi. Sonralar şəhərlərdə vaxtı kilsə zənglərinin səsinə əsasən müəyyən etməyə başladılar.

Daha qeyri-adi üsullar da mövcud idi. Məsələn, insanlar içərisinə kiçik metal sancaqlar yerləşdirilmiş şamlardan istifadə edirdilər. Şam müəyyən yerə qədər yanıb əriyəndə sancaq metal səthin üzərinə düşür və səs çıxarırdı.

Ən maraqlı hadisələr isə XIX əsrdə Böyük Britaniyada baş verirdi. Həmin dövrdə bir çox insan fabriklərdə işləyir və səhər tezdən işə getməli olurdu. Zəngli saatlar baha olduğundan hər kəs onları ala bilmirdi.

Beləliklə, qeyri-adi bir peşə – insanları yuxudan oyatmaqla məşğul olan şəxslər meydana çıxdı. Onlar səhər tezdən uzun çubuqlarla küçələri gəzir, evlərin pəncərələrini döyürdülər. Ev sahibinin oyandığına əmin olmayınca oradan getmirdilər.

London sakini Meri Smit adlı qadın isə daha maraqlı üsul fikirləşmişdi. O, xüsusi boru vasitəsilə pəncərələrə quru noxud dənələri ataraq müştərilərini yuxudan oyadırdı.

Bu xidmətə görə həmin şəxslərə müəyyən məbləğdə pul ödənilirdi. Bu peşə hətta XX əsrdə də mövcud idi. Adi zəngli saatlar geniş yayıldıqca bu peşə tədricən yoxa çıxdı.

Bu gün bizi telefonun zəngi oyadır, keçmişdə isə bunun üçün bəzən ayrıca adam tutmaq lazım gəlirdi. Kim bilir, bəlkə də pəncərənin israrla döyülməsi müasir zəngli saatdan daha təsirli idi!

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az tarixin ən dəhşətli hadisələrindən birini yada salır.

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az bu yazıda müasir zəngli saatlar yaranmazdan əvvəl insanların yuxudan necə oyandıqlarından bəhs edir.

HƏR ŞEYDƏN

Baki-baku.az bu yazıda müasir zəngli saatlar yaranmazdan əvvəl insanların yuxudan necə oyandıqlarından bəhs edir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin