Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/21/2026

Paylaşın

Mədəniyyət

Səmərqənddə Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş 2-ci Ümumdünya Türkoloqlar Konqresi işə başlayıb

2-ci Ümumdünya Türkoloqlar Konqresi, Özbəkistan, Səmərqənd, Birinci Bakı Türkoloji Qurultayı

20 noyabr 2026-cı il tarixində Özbəkistanın Səmərqənd şəhərində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş 2-ci Ümumdünya Türkoloqlar Konqresi öz işinə başlayıb.

Baki-baku.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Özbəkistan Respublikası Prezident Administrasiyasının nümayəndəsi, türk əməkdaşlıq təşkilatlarının təmsilçiləri, o cümlədən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Nuru Quliyev, TÜRKPA-nın Baş katibinin müavini Saulekul Saylauqızı, Özbəkistan Respublikasının Təhsil və Elm Nazirliyinin nümayəndələri, Özbəkistan Respublikası Elmlər Akademiyasının rəhbərliyi, eləcə də beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova çıxışında tədbirin məhz Səmərqənddə keçirilməsinin dərin rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, hələ 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın Təşkilat Komitəsinin qətnaməsində növbəti qurultayın məhz Səmərqənddə keçirilməsi arzusu ifadə olunmuşdu. Bir əsr sonra bu tarixi ideyanın həyata keçirilməsi elmi ənənələrin davamlılığını və türk dünyasının mənəvi birliyini təcəssüm etdirir.

Professor Aktotı Raimkulova, həmçinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində Almatı, Daşkənd və Bakıda keçirilmiş elmi və mədəni tədbirlər barədə məlumat verib. O vurğulayıb ki, yubiley təşəbbüsləri beynəlxalq platformalarda davam etdiriləcək, elmi və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də türk dünyasının zəngin irsinin tanıdılmasına töhfə verəcək.

Qeyd edək ki, konqresin işində türk dövlətlərinin nümayəndələri ilə yanaşı, Monqolustan, Cənubi Koreya, Almaniya, Tacikistan və digər ölkələrdən nüfuzlu alimlər və türkoloqlar da iştirak edirlər. Forum çərçivəsində beş tematik sessiya üzrə ümumilikdə 33 elmi məruzənin dinlənilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, liqa mərhələsinin V turunun qarşılaşması üçün indiyədək 62 min bilet alınıb.

Ən son

Mədəniyyət

20 noyabr 2026-cı il tarixində Özbəkistanın Səmərqənd şəhərində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın

Mədəniyyət

20 noyabr 2026-cı il tarixində Özbəkistanın Səmərqənd şəhərində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin