Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

GÜNDƏM

Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyi qeyd olunub

Bəhruz Zeynalov

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli balaban ifaçısı, Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbir sənətkarın ifasının videoyazısı ilə başlayıb. Musiqişünas Mahirə Ələkbərqızı çıxış edərək Bəhruz Zeynalovun həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən və milli ifaçılıq ənənələrinin yaşadılmasındakı rolundan bəhs edib.

Yubiley konsertində tanınmış musiqiçilər sənətkarın zəngin irsinə ehtiramlarını öz ifaları ilə ifadə ediblər.

Proqramda Xalq artisti Teyyub Aslanov, Əməkdar artistlər Akif Qürbətov, Şirzad Fətəliyev, Zakir Mirzəyev və İlham Nəcəfov, Rafael Əsgərov, Azərbaycanın Əməkdar və Dağıstanın Xalq artisti Şərbət Rzaquliyev və tanınmış ifaçılar Elşən Qasımov, Hakim Abdullayev, Hüseyn Məlikov, Orxan Musayev və İlham Heydərov iştirak ediblər.

Tədbirdə professor Abbasqulu Nəcəfzadə, Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar incəsənət xadimi Aqil Məlikov Bəhruz Zeynalovun Azərbaycan musiqi sənətindəki mövqeyindən, ifaçılıq xüsusiyyətlərindən və zəngin sənət irsindən danışıblar. Sənətkarın oğlu Nicat Zeynalov ailəsi adından yubiley tədbirinin təşkilinə görə təşəkkürünü bildirib.

Yubiley tədbiri görkəmli sənətkarın musiqi irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından əlamətdar olub

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə

Ən son

GÜNDƏM

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli balaban ifaçısı, Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyinə

GÜNDƏM

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli balaban ifaçısı, Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyinə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin