Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

HƏR ŞEYDƏN

Pompeydə 2 min illik sirr açıldı: Şkafdan ətir, zinət əşyaları və sikkələr tapıldı

Pompey

İtaliyanın qədim Pompey şəhərində arxeoloqlar təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan evdə maraqlı tapıntılar aşkar ediblər. Bağlı vəziyyətdə qalmış şkafın içərisindən ətir flakonu, sikkələr, boyunbağı və müxtəlif məişət əşyaları çıxarılıb.

Baki-baku.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntılar Via dell’Abbondanza küçəsində yerləşən, Korneli Maksimin evi kimi tanınan yaşayış binasında aşkar edilib. Mütəxəssislərin ehtimalına görə, şkaf eramızın 79-cu ilində baş vermiş vulkan püskürməsindən bəri açılmayıb.

Şkafda ətir flakonu ilə yanaşı, 24 kiçik asqıdan ibarət boyunbağı, 38 bürünc sikkə, pinset, kosmetik vasitələri qarışdırmaq üçün alət, buxurdan, bürünc yağ lampası və qurğuşun yüklər də olub.

Tapıntılar arasında ən çox diqqət çəkən boyunbağıdır. Qədim Romada crepundia adlanan bu cür bəzək əşyaları uşaqlara qoruyucu amulet kimi hədiyyə edilirdi. Onların üzərində tanrıların, əllərin, ayaqların, şam qozalarının və üzüm salxımlarının təsvirləri olurdu. Boyunbağı hərəkət zamanı səs çıxardığından böyüklərə uşağın yerini müəyyənləşdirməyə də kömək edirdi. Arxeoloqlar onun sonradan uşaqlıq xatirəsi kimi saxlanıldığını ehtimal edirlər.

Şkafda sikkələrin də olması ev sakinlərinin qiymətli əşyalarını götürməyə vaxt tapmadıqlarını düşündürür. Bununla belə, alimlər evdə yaşamış insanların kimliyini hələ müəyyən edə bilməyiblər.

Pompey Arxeoloji Parkının direktoru Qabriel Tsuxtrigel bildirib ki, belə tapıntılar keçmişə yalnız tarixi hadisələr prizmasından deyil, insanların gündəlik həyatı və şəxsi xatirələri baxımından da nəzər salmağa imkan verir.

Qeyd edək ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri vulkan külü və daşları altında qalıb. Şəhərin bu günədək qorunub saxlanılan evləri və məişət əşyaları Roma imperiyası dövrünün gündəlik həyatına dair mühüm məlumatlar verir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə

Ən son

GÜNDƏM

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli balaban ifaçısı, Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyinə

GÜNDƏM

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli balaban ifaçısı, Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyinə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin