Bu ilin yanvar-oktyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 173 milyon 148,8 min nəfər olub.
Baki-baku.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 422,7 min nəfər və ya 6,2 % azdır.
Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 861 milyon 919,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168 milyon 277 min sərnişin və ya 9,9 % çoxdur.