Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Rokki – mənəm” filmi əfsanəvi “Rokki”nin yaranma tarixindən bəhs edir

IMG-20261120-WA0007

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky) filmi nümayişə çıxır.

Rejissor Piter Farrellinin ekranlaşdırdığı film aktyor və ssenarist Silvestr Stallonenin dünya şöhrəti qazanmasına səbəb olan əfsanəvi boks dramının ərsəyə gəlmə prosesini əks etdirir.

Filmdə hadisələr 1970-ci illərin əvvəllərində Nyu-Yorkda cərəyan edir. Aktyor olmaq arzusunda olan, lakin müxtəlif çətinliklərlə üzləşən gənc Silvestr Stallone öz ssenarisini yazmaq və baş qəhrəman Roki Balboa obrazını özü canlandırmaq qərarına gəlir. Prodüserləri bu ideyaya inandırmaq uğrunda mübarizəsi filmin əsas süjet xəttini təşkil edir.

Baş rolu Entoni İppolito canlandırır. Ekran əsərində, həmçinin Annasofiya Robb, Tobi Kebbell, P. Cey Birn və Mett Dilon rol alıblar.

Piter Farrelli filmdə real hadisələrdən ilhamlansa da, tarixi faktları daha çox Hollivud əfsanəsinin prizmasından təqdim edir. Ekran əsərində Stallonenin istedadı, əzmkarlığı və özünə inamı ön plana çəkilir.

Məşhur “Rokki” filminin çəkildiyi məkanlarda lentə alınan yeni ekran əsərində Bill Kontinin əfsanəvi Gonna Fly Now musiqisi də tamaşaçıları orijinal filmin atmosferinə qaytarır.

2 saat 8 dəqiqə davam edən ABŞ istehsalı olan film noyabrın 19-da kinoprokatda nümayişə başlayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlər aktyordan qarşıdan gələn serial layihəsində əfsanəvi obrazına yenidən qayıtmaq istəyib-istəmədiyini

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin