Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Harri Potter”in yeni Voldemortu kim olacaq? Ralf Fayns namizədini açıqladı

“Harri Potter” filmlərində Lord Voldemort obrazını canlandıran britaniyalı aktyor Ralf Fayns yeni serialda bu rolu kimin ifa edə biləcəyi ilə bağlı maraqlı namizəd irəli sürüb. O, zarafatla Robert Pattinsonun adını çəkib.

Baki-baku.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlər aktyordan qarşıdan gələn serial layihəsində əfsanəvi obrazına yenidən qayıtmaq istəyib-istəmədiyini soruşublar. Fayns isə artıq bu rolu oynadığını bildirərək, növbəti Voldemortun Robert Pattinson ola biləcəyini deyib.

“Xeyr, düşünürəm ki, mən artıq bunu etmişəm. Bəlkə də bu rolu Robert Pattinsona təklif edərlər”, – deyə aktyor zarafatla cavab verib.

Maraqlıdır ki, Robert Pattinson da “Harri Potter” kino franşizası ilə tanış simadır. O, seriyanın dördüncü filmi – “Harri Potter və Alov qədəhi”ndə Sedrik Diqqori obrazını canlandırıb. Sonralar “Alatoranlıq” filmlərindəki Edvard Kallen və “Betmen” filmindəki baş rolu ilə dünya şöhrəti qazanıb.

Qeyd edək ki, Pattinsonun adı son vaxtlar daha bir məşhur obrazla gündəmə gəlib. O, yeni Ceyms Bond filmi üçün seçilib. Aktyor 007 agenti roluna təsdiqlənməsini həyatının ən böyük şərəfi adlandırıb, filmin rejissoru Deni Vilnövə və prodüserlərə təşəkkürünü bildirib.

Beləliklə, Ralf Faynsın zarafatla irəli sürdüyü namizədlik “Harri Potter” pərəstişkarları üçün maraqlı müzakirə mövzusuna çevrilə bilər. Görəsən, vaxtilə sehrbazlar dünyasında Sedrik Diqqori kimi tanıdığımız Robert Pattinson gələcəkdə onun ən qorxulu simalarından biri – Voldemort obrazında görünə bilərmi?

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xankəndi şəhərində futbol həyəcanı yaşanacaq. Əsaslı yenidənqurmadan sonra qapılarını açan şəhər stadionu bu gün ilk rəsmi futbol matçına

Ən son

HƏR ŞEYDƏN

Hollivudun tanınmış rejissoru Kristofer Nolan süni intellektin kino sənayesində tətbiqinə münasibət bildirib.

HƏR ŞEYDƏN

Hollivudun tanınmış rejissoru Kristofer Nolan süni intellektin kino sənayesində tətbiqinə münasibət bildirib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin