Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2026

Paylaşın

GÜNDƏM

Bakıda bir neçə yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakıda Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar 20 noyabr tarixində saat 00:00-dan 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək:
“Hava limanından şəhərin mərkəzinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri alternativ yol olaraq Zığ yolundan istifadə etməklə “8 Noyabr” prospekti istiqamətinə hərəkət edə bilərlər. 21 noyabr tarixində isə saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək”.
Qeyd olunub ki, şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
“Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin