Bakıda 537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
“Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib”, – məlumatda qeyd olunub.