Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/16/2026

Paylaşın

GÜNDƏM

Atatürk parkının ərazisində obyektlər tikilir? – Layihənin detalları fərqli mənzərə ortaya qoyur

Atatürk parkı

Son zamanlarda sosial şəbəkələrdə Atatürk və Antena parklarını birləşdirən ərazidə aparılan işlərlə bağlı bir sıra haqsız narazılıqlar səsləndirilib. Paylaşım edən vətəndaş ərazidə yaşıllıq və istirahət məkanlarından daha çox obyektlərin diqqət çəkdiyini bildirərək, layihənin ilkin məqsədindən uzaqlaşdığını iddia edib. Bir sıra media orqanları da araşdırma etmədən bu iddialara yer verib.

Baki-baku.az həmin ərazidə olaraq görülən işlərin mahiyyəti ilə tanış olub. Ərazidə söhbət zamanı məlum olub ki, layihənin əsas məqsədi ərazidə yeni kommersiya məkanlarının yaradılması deyil, mövcud ictimai məkanların genişləndirilməsi, piyadalar üçün rahat və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasıdır.

Qeyd edək ki, “Gənclik” metrostansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda aparılan işlər indiyədək nizamsız parklanma və piyadalar üçün müxtəlif maneələrlə xarakterizə olunan ərazinin yenidən təşkilini nəzərdə tutur.

Layihəyə əsasən, Atatürk parkının giriş hissəsində yaşıllıq zolaqları, oturacaqlar, söhbət və istirahət guşələri, uşaq meydançası yaradılacaq. Ərazidə nəzərdə tutulan digər elementlərə isə fəvvarə, amfiteatr, tələbə guşəsi və sanitar qovşaq daxildir. Kafenin yaradılması da layihənin tərkib hissəsidir, amma bu ərazinin obyektlərdən ibarət olacağına deməyə əsas vermir. Burada diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, sadalanan elementlər ayrı-ayrı kommersiya obyektləri kimi deyil, insanların istirahətinə, sosiallaşmasına və gündəlik ehtiyaclarına xidmət edən vahid ictimai məkanın komponentləri kimi nəzərdə tutulub. Vətəndaşın paylaşımında isə tələbə guşəsi obyekt kimi təqdim olunur.

Layihə yalnız iki parkın fiziki olaraq birləşdirilməsi ilə məhdudlaşmır. Məqsəd Atatürk və Antena parklarını, ətrafdakı ictimai nəqliyyat və ticarət məkanlarını əhatə edən vahid yaşıl və piyada dəhlizinin formalaşdırılmasıdır.

Beləliklə, insanlar metrodan çıxdıqdan sonra avtomobil axını və nizamsız parklanma ilə üzləşmədən parklar istiqamətində rahat və təhlükəsiz hərəkət edə biləcəklər.

Ərazidəki tikinti işlərinin mövcud görüntüsünə əsasən layihənin mahiyyəti barədə yekun qənaətə gəlmək üçün hələ tezdir. Çünki işlər mərhələli şəkildə aparılır və hazırda görülən işlər gələcək ictimai məkanın ayrı-ayrı hissələrinin formalaşdırılması ilə bağlıdır.

Layihəni yalnız ərazidəki tikinti işlərinin ilkin görüntüsünə əsasən deyil, onun ümumi planı və yekun nəticəsi əsasında qiymətləndirmək daha məqsədəuyğundur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Ən son

GÜNDƏM

Son zamanlarda sosial şəbəkələrdə Atatürk və Antena parklarını birləşdirən ərazidə aparılan işlərlə bağlı bir sıra

GÜNDƏM

Son zamanlarda sosial şəbəkələrdə Atatürk və Antena parklarını birləşdirən ərazidə aparılan işlərlə bağlı bir sıra
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin