Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/16/2026

Paylaşın

GÜNDƏM

COP31-də Türk dünyasının ortaq təbii və mədəni irsinin qorunması müzakirə olunub

COP31 çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bir sıra ikitərəfli görüşlər keçirib və iştirakçı ölkələrin milli pavilyonlarını ziyarət edib. Görüşlər zamanı iqlim gündəliyinin aktual məsələləri, mədəni və təbii irsin qorunması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Pavilyonunu ziyarəti zamanı Aktotı Raimkulova COP31-də iştirakı ilə bağlı müsahibə verib. Türk dünyası ölkələrinin iqlim böhranı ilə mübarizədə həmrəyliyinin vacibliyini vurğulayan Fondun prezidenti COP29-dan COP31-ə qədər olan dövrdə region dövlətlərinin beynəlxalq iqlim diplomatiyasındakı rolunun əhəmiyyətli dərəcədə artdığını qeyd edib. O, həmçinin qlobal iqlim gündəliyində mədəni irsin qorunması məsələlərinə daha çox diqqət yetirilməsinin vacibliyini bildirib.
Qazaxıstan Pavilyonunda professor Aktotı Raimkulova Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov ilə görüşüb. Görüşdə iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarının dayanıqlı idarə olunması və təbii irsin qorunması məsələləri müzakirə edilib. Eyni zamanda, ətraf mühitin mühafizəsi və mədəni irsin qorunması sahəsində Fondla Qazaxıstan arasında əməkdaşlığın inkişafı perspektivləri nəzərdən keçirilib.
Digər mühüm görüş isə professor Aktotı Raimkulovanın Özbəkistan Respublikası Prezidentinin ekologiya məsələləri üzrə müşaviri, Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abduhakimov ilə söhbəti olub. Tərəflər Mərkəzi Asiyanın üzləşdiyi iqlim çağırışları, Aral dənizi regionunda ekoloji transformasiya prosesləri, dayanıqlı inkişaf, eləcə də Türk dünyasının ortaq təbii və mədəni irsinin qorunmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
COP31 çərçivəsində keçirilən tədbirlər və görüşlər vasitəsilə Türk Mədəniyyəti və İrsi Fondu iqlim dəyişikliklərinin mədəni irsə təsirləri və onun qorunmasının vacibliyi barədə məlumatlılığın artırılmasına, eləcə də bu istiqamətdə Türk dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Azərbaycan Pavilyonunu ziyarəti zamanı Aktotı Raimkulova COP31-də iştirakı ilə bağlı müsahibə

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Azərbaycan Pavilyonunu ziyarəti zamanı Aktotı Raimkulova COP31-də iştirakı ilə bağlı müsahibə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin