Pekin Çin və Azərbaycanın hakim partiyaları arasında institusional əlaqələrin gücləndirilməsi məqsədilə Bakı ilə əməkdaşlığı genişləndirməyə hazırdır.
Baki-baku.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, son illər Çin Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və dəstəyi sayəsində Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası müxtəlif formatlarda və geniş spektrli məsələlər üzrə müntəzəm olaraq yüksək səviyyəli fikir mübadiləsi aparıb ki, bu da Çin-Azərbaycan münasibətlərinin inkişafına təkan verib.
“Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. Çin tərəfi qurultayın uğurla keçirilməsi münasibətilə təbrik edir və iki ölkənin hakim partiyaları arasında institusional əlaqələrin möhkəmləndirilməsi, partiya quruculuğu sahəsində Si Cinpinin ideyalarının dərindən öyrənilməsi, mübadilələrin genişləndirilməsi, eləcə də idarəetmə sahəsində partiyaların və dövlətlərin imkanlarının qarşılıqlı şəkildə artırılması üçün Azərbaycan tərəfi ilə birlikdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirir”, – diplomat qeyd edib.
Hacı Cavadov