Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

HƏR ŞEYDƏN

Adət etdiyimiz istirahət günlərinin qeyri-adi tarixçəsi

İstirahət günləri

Cümə axşamı işdən sonra nəhayət, zəngli saatı söndürüb həftəsonu üçün plan qurmaq olar. Bəzilərimiz düşünürük ki, sanki həmişə belə olub. Halbuki yaxın keçmişdə xeyli sayda insanlar həftənin altı günü işləyirdi, şənbə günü istirahət etmək isə nadir hal sayılırdı.

Bu günlərin tarixi fabrik və ofislərin yaranmasından xeyli əvvələ gedib çıxır. Rus dilindəki “суббота” (şənbə) sözünün kökü qədim ivrit dilində işin dayandırılması ilə bağlı olan “şabbat” sözünə dayanır. Yəhudi ənənəsinə görə, altı günlük əməkdən sonra istirahət vaxtı başlayır. Bu müddət cümə günü günəşin batmasından şənbə günü günəşin batmasına qədər davam edir.

Bazar gününün isə fərqli dini kökləri var. Onun rus dilindəki “воскресенье” adı İsa Məsihin dirilməsi ilə bağlıdır. Maraqlıdır ki, əvvəllər bu günə “неделя” deyirdilər. Bu ad “iş görülməyən”, yəni işə gedilməyən gün mənasını ifadə edirdi. “Понедельник” sözü də buradan yaranıb: “неделя”dan sonrakı gün.

321-ci ildə Roma imperatoru Konstantin bazar günləri şəhər sakinlərinin istirahət etməsi, emalatxana və məhkəmələrin isə fəaliyyətini dayandırması barədə göstəriş verib. Əkinçilərin işləməsinə isə icazə verilirdi: məhsula qulluq hava şəraitindən və mövsümdən asılı idi.

Ardıcıl iki istirahət günü isə xeyli sonra yaranıb. XIX əsrdə Britaniya fəhlələri çox vaxt həftənin altı gününü işdə keçirirdilər. Tədricən müəssisələrdə şənbə günləri nahardan sonra işçilərə istirahət vaxtı verilməyə başlanıb. Fəhlə birlikləri və ictimai islahatçılar iş saatlarının azaldılması üçün çıxış etməyə başladılar.

Bu prosesdə “Ford” şirkətinin mühüm rolu olub. Şirkət 1926-cı ildə beşgünlük, 40 saatlıq iş həftəsinə keçib. Şənbə və bazar günləri istirahət günləri elan olunub. Henri Ford bu iş qrafikini yaratmasa da, onun tanınmasına kömək edib. Onun kommersiya baxımından da öz düşüncəsi var idi: insanların məhsul alması və onlardan istifadə etməsi üçün vaxtı olmalı idi.

Tədricən beşgünlük iş həftəsi bir çox ölkədə yayılıb. Doyunca yatmaq, gəzmək və ya ailə ilə bir gün keçirmək kimi adət etdiyimiz imkanların arxasında uzun bir tarix dayanır. Səbirsizliklə gözlədiyimiz bu iki istirahət günü qədim ənənələrin və insanların istirahət hüququ uğrunda uzun illər apardığı mübarizə nəticəsində yaranıb.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Ən son

İQTİSADİYYAT

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4 % çox -

İQTİSADİYYAT

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4 % çox -
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin