Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

HƏR ŞEYDƏN

Qəmlo – Şadlinski ilə yollarını ayıran, Atatürkün dəvətini qəbul etməyən, namərd gülləsinə tuş gələn igid

Qəmlo

Qaçaq Teyfə adı ilə məşhur olan Töhfə xanım ərinin qısasını almaq üçün silaha sarılır…

Fərman Kərimzadənin “Qarlı aşırım”, yaxud “Axırıncı aşırım” adı ilə tanınan kitablarından və “Axırıncı aşırım” filmindən tanıdığımız Qəmlonun Qurtuluş Savaşının memarı Qazı Mustafa Kamal Paşa ilə dostluğu və Qazinin ona təklifi bu gün insanları düşündürən suallar sırasındadır. Əldə olunan məlumatlardan bəlli olur ki, Çar Rusiyasına qarşı çiyin-çiyinə döyüşdüyü Abbasqulu bəy Şadlınski ilə yollarını ayıram Qəmlo üzünü Osmanlıya tutur, daha doğrusu tutmaq məcburiyyətində qalır.

Qəmbəralı Əlirza oğlu – Qəmlo 1886-cı ildə Qərbi Azərbaycanda dünyaya gəlmişdi. O, Abbaqulu bəy Şadlınski tərəfindən yaradılan “Qırmızı Tabor”un üzvlərindən olmaqla yanaşı, həm də Qərbi Azərbaycanın İstiqlal mücahidlərindən idi. 1905 və 1918-ci illərdə türklərin qanını su kimi içən erməni daşnaklarına qarşı savaşan Qəmlo Şura hökuməti qurulduqdan sonra onun kolxozlaşma siyasətinə qarşı çıxan əksinqilabçılardan birinə çevrilmişdi.

Atatürkdən Türkiyədə qalmaqla bağlı təklif alsa da Vətənə –  Azərbaycana dönməyi üstün tutur

Kərbəlayi İsmayılla birlikdə bolşevik Rusiyasına qarşı mübarizə aparan Qəmlo 1921-ci ildə Anadoluya keçərək Qurtuluş Savaşına töhfə verənlərin sırasında yer alır. Azərbaycanın İstiqlal fədailərindən biri kimi Qazi Mustafa Kamak Paşa Atatürklə görüşür. Atatürkdən Türkiyədə qalmaqla bağlı təklif alsa da Vətənə –  Azərbaycana dönməyi üstün tutur. “Paşa, Şura hökumətinin kökünü kəsdikdən sonra qardaş torpaqlara dönərəm. Bu gün mənim Azərbaycanla bir yerdə olmağım şərtdir” deyib doğma yurda qayıdan Qəmlo 1931-ci il Qurban bayramı günü qohumunun – kirvəsinin evinə silahsız gedərkən qəfil hücuma məruz qalaraq qətlə yetirilir…

Qəmlo öldürüldükdən sonra onun ailəsinin faciəli günləri başlayır

Onun özü kimi mərd, cəsarətli ömür-gün yoldaşı, Qaçaq Teyfə adı ilə məşhur olan Töhfə xanım ərinin qısasını almaq üçün silaha sarılır. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-sini bir göz qırpımında yerə sərən Töhfə xanım qana qanla cavab verir. Əldə olunan məlumatlardan bəlli olur ki, Qəmlo öldürüldükdən sonra onun ailəsinin faciəli günləri başlayır. 4 qardaşından ikisi – bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilir. Evin sonbeşikləri – Mehdiqulu ilə Bilalın əli yenicə silah tutmasına baxmayaraq, onlar da Töhfə xanımın dəstəsinə qoşulub dağlara çəkilirlər. Qaçaq ömrü sürən Töhfə xanım Şura hökuməti möhkəmləndikcə Qəmlodan sonra dövranı dönən ailənin üzvlərini götürüb Osmanlıya keçir. Təqibin, sürgünün dəhşətlərini yaşayan digər qohumlar isə Qəmlosuz illərin acısını yaşamaq məcburiyyətində qalır. Qəmlonun kiçik qardaşı sürgündə dünyasını dəyişir. Mehdiqulunun və Töhfə xanımın qəriblikdə keçən illəri sürgündən betər olur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Ən son

İQTİSADİYYAT

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4 % çox -

İQTİSADİYYAT

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4 % çox -
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin