Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2026

Paylaşın

İQTİSADİYYAT

Səngəçal terminalı ilə neft və kondensat ixracı 138 milyon barel təşkil edib

Səngəçal terminalı

Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı təxminən 138 milyon barel təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,2 % azdır.

Bu barədə Baki-baku.az “BP-Azerbaijan” şirkətinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neftin, eləcə də “Şahdəniz” yatağından kondensatın və təbii qazın yola salınması adi rejimdə həyata keçirilib. Terminaldan ixrac edilən neft və kondensat həcmlərinin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Hesabat dövründə terminaldan gündəlik orta hesabla təxminən 73,4 milyon standart kubmetr “Şahdəniz” qazı göndərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % azdır.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə

Ən son

GÜNDƏM

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemləri modernləşdiriləcək.

GÜNDƏM

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemləri modernləşdiriləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin