Bakının qış günlərinə xüsusi rəng qatan, Yeni il ab-havasını şəhərin mərkəzinə gətirən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına hazırlıq işlərinə başlanılıb.
Baki-baku.az xəbər verir ki, artıq paytaxtın Fəvvarələr meydanında yarmarkanın qurulması istiqamətində işlər aparılır.
Hər il şəhər sakinlərinin və paytaxtın qonaqlarının böyük marağına səbəb olan yarmarka Yeni il ərəfəsində Bakının sevilən ənənələrindən birinə çevrilib. Burada bayram əhval-ruhiyyəsi ilə yanaşı, xeyriyyəçilik və paylaşmaq kimi dəyərlər də ön plana çıxır.
Qeyd edək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilir. Fond 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib. 2013-cü ildən etibarən fond hər il Yeni il bayramı ərəfəsində bu xeyriyyə yarmarkasını təşkil edir.



