Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/02/2026

Paylaşın

GÜNDƏM

1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçid artıq işıqforlarla nizamlanır

IMG-20261102-WA0019

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada işıqforları quraşdırılır.

Baki-baku.az NİİM-ə istinadla xəbər verir ki, Mərkəzin əməkdaşları tərəfindən müvafiq işlərə başlamazdan əvvəl həm yerində müşahidələr aparılır, həm də simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil edilir. Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, 1 saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir. Eyni zamanda, əksər hallarda bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən keçiddə qəza şəraiti yaranır.

Qeyd olunan piyada keçidində piyada bölməsi olan nəqliyyat işıqforları quraşdırılaraq istifadəyə verilib. Keçidin nizamlanan olması ilə piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

Bundan əlavə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində olan piyada keçidinin nizamlanan olması istiqamətində də işlər görülüb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində sözü gedən küçədə piyada svetoforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əks təsir də müşahidə olunub: xoş xatirələrə qayıtdıqdan sonra insanlara elə gəlib ki, hava bir qədər isinib.

Ən son

GÜNDƏM

Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) qardaş xalqlar arasında dialoq platforması olmaqla yanaşı, ticarət, investisiya,

GÜNDƏM

Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) qardaş xalqlar arasında dialoq platforması olmaqla yanaşı, ticarət, investisiya,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin