Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filmin premyerası keçiriləcək.
Baki-baku.az xəbər verir ki, “RTV Slovenija”nın istehsal etdiyi film İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunın qəhrəmanlıq yoluna işıq salır.
Çəkilişlər 2026-cı ilin mart ayında Bakı şəhəri, Abşeron rayonunun Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb.
Sənədli filmin ərsəyə gəlməsinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Nazirliyin tabeliyində Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstək göstərilmişdir.
Filmin təqdimatı noyabrın 2-də, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Giriş sərbəstdir.
