Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2026

Paylaşın

GÜNDƏM

Əhməd İsmayılov Liberiyanın informasiya nazirinin müavini ilə görüşüb

Media və Yayım Şurası, Əhməd İsmayılov, Liberiya, Nat Bayjay

Media və Yayım Şurasında Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.

Baki-baku.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.

Bildirilib ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi sahəsində qarşılıqlı əlaqələrin inkişafı etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.

Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi perspektivlərini vurğulayaraq, rəqəmsal transformasiya proseslərinin əhəmiyyəti və sözügedən istiqamətdə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib.

Görüş zamanı, həmçinin media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir kommunikasiya texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Yunus Əmrə İnstitutunun

Ən son

GÜNDƏM

Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.

GÜNDƏM

Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin