Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2026

Paylaşın

GÜNDƏM

Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixi açıqlanıb

Bal yarmarkası

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq.

Baki-baku.az nazirliyə istinadən xəbər verior ki, Dövlət Bayrağı Meydanı ərazisindəki avtomobil dayanacağında təşkil olunacaq bal yarmarkasında növbəlilik əsasında ilk olaraq qeydiyyatdan keçmiş, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2026-cı il sentyabr ayının 1-dək, ən azı 40 arı ailəsinə malik təsərrüfatlarını bəyan etmiş 274 arıçı fermer iştirak edəcək.

Arıçılıq məhsullarının qəbulu 4-15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerində götürüləcək və laborator müayinədən keçiriləcək.

Qeyd edək ki, Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.

Yarmarkada iştirak ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara biləcək. Arıçılar satış yeri, zəruri ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib.

Ən son

GÜNDƏM

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC

GÜNDƏM

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin