Nəşr edilmişdir 12/01/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

İnsan həftə ərzində nə qədər ət yeməlidir?

Ət zülal və digər qida maddələrinin mühüm mənbəyidir, lakin həddindən artıq yeyildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
Baki-Baku.az bu barədə Gazeta.ru -ya istinadən xəbər verir.

Rusiyalı həkim-qastroenteroloq Yevgeni Belousov bildirib ki, bunun qarşısını almaq üçün həkimlər qırmızı ət qəbulunu həftədə 500-600 qrama qədər məhdudlaşdırmağı məsləhət görürlər.
O qeyd edib ki, böyük miqdarda qırmızı ətin, xüsusən də emal edilmiş ətin müntəzəm istehlakı yoğun bağırsaq xərçəngi riskini artırır: “Ətin qızardılması və ya hisə verilməsi zamanı kanserogen maddələr əmələ gələ bilər ki, bu da məhsulu sağlamlıq üçün təhlükəli hala gətirir”.
Bundan başqa, ətin tərkibində doymuş yağın yüksək olması ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər. Bu yağlardan çoxlu miqdarda istifadə qanda xolesterinin səviyyəsinin artmasına və aterosklerozun inkişafına gətirib çıxara bilər.
“Ətin keyfiyyəti də mühüm rol oynayır. Çox vaxt əlavə konservantlar və doymuş yağlar ehtiva edən kolbasa və sosiska kimi emal edilmiş ətlər xüsusi təhlükə yaradır. Az yağlı çeşidləri seçmək, həmçinin qida rasionuna daha çox bitki mənşəli zülal mənbələri – paxlalılar, qoz-fındıq və toxumlar daxil etmək daha məsləhətlidir. Bu, riskləri azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edəcək”, – deyə Belousov fikrilərini yekunlaşdırıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ülviyyə Mahmudun rəhbərliyi ilə fəaliyyət göstərən NARGIS Nəşriyyat Evi sosial və ekoloji layihələrə böyük önəm verir. Beş ildən

Ən son

DİGƏR XƏBƏRLƏR

“Yorğunluq, çəki artımı, dəri quruluğu, saç tökülməsi və estetik qüsurların yaranması… Bütün bunlara qalxanvari vəz

DİGƏR XƏBƏRLƏR

“2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası

DİGƏR XƏBƏRLƏR

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” filminin qala gecəsi keçirilib.Baki-Baku.az xəbər verir ki,