Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/16/2026

Paylaşın

GÜNDƏM

“20 Yanvar” və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Bakıda sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər çərçivəsində metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkət optimallaşdırılacaq, sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.
Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) təyin edilib.
500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun “20 Yanvar” stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir.
Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki “2 saylı poçt filialının 134 saylı poçt şöbəsi” yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Şəhərin müxtəlif istiqamətlərindən “20 Yanvar” metrostansiyasına və “Şamaxinka” adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud “Şamaxinka”da “Alov zavodu” ilə üzbəüz məntəqədə minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud “Şamaxinka” adlanan ərazidəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.
Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İnsan bəzən bir şəhərdən gedir. Biletlər alınır, çamadanlar yığılır, qapılar örtülür, təyyarələr havaya qalxır. Arxada evlər, küçələr, tanış

Ən son

Mədəniyyət

Bəzi insanların həyatı elə öz şeirləri kimi olur: bir az kədərli, bir az yarımçıq, bir

Mədəniyyət

Bəzi insanların həyatı elə öz şeirləri kimi olur: bir az kədərli, bir az yarımçıq, bir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin