Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.
Baki-baku.az xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qeyd edək ki, oktyabrın 21–22-də keçiriləcək tədbirlərə 100-dən çox ölkənin nümayəndələri qatılıb.
Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.
Sammitin yekununda Səmərqənd Bəyannaməsinin qəbul olunması gözlənilir.













