Bakının Sabunçu rayonunun Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.
Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək, 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək, 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək tam məhdudiyyət tətbiq olunacaq.
“Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – AAYDA-dan qeyd edilib.