Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrında Xanım Aydının təbdili ilə “Pullu komediya”nın premyerası keçiriləcək

WhatsApp Image 2026-10-14 at 11.53.00

24 oktyabr, saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili ilə işləməsində “Pullu komediya”nın premyerası keçiriləcək.

Baki-baku.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov, Venera Abbasova iştirak edirlər.

Hadisələr Bakıda sabun fabriki sahibkarının ətrafında baş verir. Dinamik əhvalatlarla başlanan səhnə əsərindəki kiçik situasiyalar ardıcıl dəyişərək tamaşaçıda müsbət emosiyalar yaradır. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə isə məhəbbət qalib gəlir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.

Ən son

GÜNDƏM

"Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəccüb və təəssüf doğurur".

GÜNDƏM

"Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəccüb və təəssüf doğurur".
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin