Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

GÜNDƏM

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək

15-16 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirəcək İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olacaq.

Baki-baku.az xəbər verir ki, Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət-özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənlərin əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirilmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.

Konfrans çərçivəsində ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislərin iştirakı nəzərdə tutulur. Tədbirdə həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim edəcəklər. Konfransın 200-ə yaxın yerli və beynəlxalq iştirakçını qəbul etməsi planlaşdırılır.

Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunur. Konfransın baş sponsoru “AzerGold” QSC, sponsorları isə “BP Azerbaijan”, AZAL və “AirArabia”dır. Tədbir Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SOCAR Midstream Gas Operations”, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilir.

Beynəlxalq İnklüziv Məşğulluq Konfransı Azərbaycanın inklüziv məşğulluq ekosisteminin inkişafına töhfə verən, beynəlxalq tərəfdaşlıqları gücləndirən və hər kəs üçün bərabər məşğulluq imkanlarının təşviqinə xidmət edən mühüm platforma olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

GÜNDƏM

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.

GÜNDƏM

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin