Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

İdman

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Bu barədə Baki-baku.az-a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom və medallarla təltif olunublar.
Sablya yarışlarında kişilər arasında Saleh Məmmədov birinci, Rəsul Əliyev ikinci, Abbas Hüseynov və Murad Əkbərov üçüncü yeri tutublar. Qadınların mübarizəsində Valentina Zeynalova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayan Ağasıyeva gümüş, Leyla Əhmədova və Fərəh Abasova isə bürünc medala sahib olublar.
Şpaqa növündə kişilər arasında Barat Quliyev qızıl, Mirxətai Məmmədov gümüş, Kənan Əliyev və Osman Məmmədov bürünc medal qazanıblar. Qadınların turnirində isə Mirnuray Abasova birinci yeri tutub. Xədicə Həsənli ikinci, Nazilə Rəhimova və Nəzrin Mehdiyeva üçüncü yerlə kifayətləniblər.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Uşaqlığı bir fotoşəkillə, bir mahnı ilə də xatırlamaq olur. Amma qoxu gələndə xatirə qayıtmır, birbaşa daxilindəki hissləri oyadır.

Ən son

İdman

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24,

İdman

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin