Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

GÜNDƏM

Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək

Bakıda oktyabrın 31-dən noyabrın 6-dək “Ürək transplantasiyası həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək.
Baki-baku.az xəbər verir ki, tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Həftə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunub.
Həftə çərçivəsində orqan donorluğunun əhəmiyyətinə dair maarifləndirici görüşlər və sosial aksiyalar keçiriləcək. Proqramda, həmçinin “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” adlı elmi-praktiki konfrans yer alır.
Tədbirdə transplantasiyanın diaqnostikadan əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələləri müzakirə olunacaq, sahədə əldə edilən nəticələr və mövcud çağırışlar dəyərləndiriləcək.
Konfransda Azərbaycanın müxtəlif tibb müəssisələrindən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulur. Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya üzrə ixtisaslaşmış mütəxəssislər də tədbirə qatılacaqlar.
Elmi proqramda transplantasiya xəstələrinin diaqnostikası, tibbi və cərrahi müalicəsi, transplantasiyaya hazırlıq, donor seçimi, transplantasiya prosesi və əməliyyatdan sonrakı dövrün idarə olunması məsələləri müzakirə ediləcək.
Konfrans yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi və peşəkar əməkdaşlığın inkişafı məqsədi daşıyır.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Uşaqlığı bir fotoşəkillə, bir mahnı ilə də xatırlamaq olur. Amma qoxu gələndə xatirə qayıtmır, birbaşa daxilindəki hissləri oyadır.

Ən son

İdman

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24,

İdman

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin