Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2026

Paylaşın

ƏDƏBİYYAT

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt”

Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.

Baki-baku.az xəbər verir ki, “Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarına, kitabxanaların rəqəmsal transformasiyasına, rəqəmsal resursların uşaq və yeniyetmələrin mütaliəsinə təsirinə, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanlara həsr olunacaq.

Konfransın gedişində uşaq ədəbiyyatı, mütaliə mədəniyyəti, kitabxanaların fəaliyyəti, rəqəmsal resurslar və süni intellektin tətbiq imkanları ilə bağlı elmi və praktik yönümlü məruzələrin təqdim edilməsi nəzərdə tutulur.

Konfransda iştirak etmək istəyən tədqiqatçılar, mütəxəssislər, kitabxanaçılar, pedaqoqlar, ali təhsil müəssisələrinin əməkdaşları və tələbə-gənclər tezislərini müəyyən edilmiş tələblərə uyğun olaraq 16 oktyabr 2026-cı il tarixinədək təqdim edə bilərlər.

Qəbul edilmiş tezislərin konfrans materialları toplusunda dərc olunması nəzərdə tutulur.

Tezislərin hazırlanması və təqdim edilməsi ilə bağlı tələblər, eləcə də konfrans haqqında ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.clb.az/x%C9%99b%C9%99rl%C9%99r/2026/r-q-msal-dovrd-usaq-d-biyyati-v-suni-intellekt-movzusunda-elmi-n-z-ri-konfrans-keciril-c-k

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin