Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2026

Paylaşın

GÜNDƏM

Sultan Raev: “Dövlətləri sərhədlər ayırsa da, mədəniyyət, incəsənət və poeziya onları mənəvi cəhətdən birləşdirir”

IMG-20260923-WA0008

– Bu gün Türk dünyasında elm, mədəniyyət və düşüncə sahəsində inteqrasiya proseslərini necə qiymətləndirirsiniz? Türk xalqlarını bir araya gətirən əsas dəyərlər hansılardır?

– Bu gün Türk dünyası elm, mədəniyyət və düşüncə sahəsində bir ailə kimi bir araya gələrək ortaq məqsədlər uğrunda fəaliyyətini daha da gücləndirir. Dövlətləri sərhədlər ayırsa da, mədəniyyət, incəsənət və poeziya onları mənəvi cəhətdən birləşdirir. Bu baxımdan, ortaq mədəni dəyərlərimiz Türk dünyasının birliyinin əsas dayaqlarından biridir.

– Türk dünyasının ortaq yaddaşında ədəbiyyatın rolunu necə dəyərləndirirsiniz?

– Türk dünyasının ortaq yaddaşını yaşadan ən güclü dəyərlərdən biri ədəbiyyatdır. Əsrlər boyu formalaşan böyük ədəbi ənənə xalqlarımızın düşüncəsini, dünyagörüşünü, mənəvi dəyərlərini və tarixi yaddaşını nəsildən-nəslə ötürüb. Bu böyük ədəbi ənənə bizi ortaq bir sivilizasiya çətiri altında bir araya gətirir.

– TÜRKSOY bu ortaq irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində hansı missiyanı həyata keçirir?

– TÜRKSOY olaraq ortaq mədəni irsimizi gələcək nəsillərə çatdırmağı ən mühüm vəzifələrimizdən biri hesab edirik. Bizim üçün bu irsin yalnız qorunması deyil, həm də müasir dövrdə yaşadılması və yeni nəsillərə sevdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət xalqlar arasında körpülər yaradır və bu körpülərin daha da möhkəmləndirilməsi Türk dünyasının gələcəyi baxımından olduqca vacibdir.

– Son dövrdə Azərbaycan Türk dünyasının mədəni həyatında mühüm tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən “Türk Dünyası Həftəsi”, I Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Qadın Şairlərinin Forumu kimi tədbirləri necə qiymətləndirirsiniz?

– Bu tədbirlər Azərbaycanın Türk dünyasındakı liderlik rolunu və mədəniyyət paytaxtı kimi əhəmiyyətini bir daha ortaya qoyur. Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”, Bakının I Türk Dünyası Bəstəkarları Qurultayına ev sahibliyi etməsi, Türk Qadın Şairlərinin Forumu və digər mühüm mədəni tədbirlər Türk dünyasının nümayəndələrinin Bakıda bir araya gəlməsi üçün geniş imkanlar yaradır.

Azərbaycanın belə mühüm layihələrə ev sahibliyi etməsi onun Türk dünyasının mədəni və intellektual həyatında oynadığı mühüm rolu göstərir. Bakı bu gün ortaq mədəni dəyərlərin müzakirə edildiyi, yeni ideyaların yarandığı və Türk dünyasının müxtəlif sənət və düşüncə adamlarının görüşdüyü mühüm mərkəzlərdən biridir.

– Sizcə, bu cür tədbirlərin Türk dünyasının gələcək mədəni əməkdaşlığına təsiri nədən ibarətdir?

– Belə görüşlər xalqlarımız arasında mövcud olan mənəvi bağları daha da gücləndirir. Elm, ədəbiyyat, musiqi və incəsənət sahələrində əməkdaşlığın genişlənməsi ortaq dəyərlərimizin daha geniş şəkildə tanıdılmasına xidmət edir. Əsas məqsədimiz bu zəngin irsi birlikdə yaşatmaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir.

Sultan Raevin sözlərinə görə, Türk dünyasının gələcək birliyi yalnız siyasi və iqtisadi əlaqələrlə deyil, ilk növbədə xalqları bir-birinə bağlayan ortaq mədəniyyət, ədəbiyyat, incəsənət və mənəvi dəyərlərlə daha da möhkəmlənir.

Söhbətləşdi: Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin