Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2026

Paylaşın

HƏR ŞEYDƏN

Nuhun firuzəyi incisi – Tufandağ gölü

Qafqaz Albaniyasının mərkəzlərindən biri olan Qəbələnin gözəllik adına məkanları, heyranedici ünvanları çoxdur. Həzrə piri, Udi ocağı, Tufandağ, Duyma, Yeddigözəl şəlaləsi, keçilməz səddi, bənd-bərəsi, əfsanəvi gözəlliyi ilə Tanrının taxtı, Nuhun gölü adlanan Tufandağ gölü də onlardan biridir. Baş Qafqaz silsiləsinin və Gürvə dağı zirvəsinin tən ortasında, Qəbələ rayonunun şimalında, Qusar rayonu ilə sərhədə yaxın, dəniz səviyyəsindən 3277 m hündürlükdə yerləşən, min illik buzlaqların əriməsi nəticəsində əmələ gələn Tufandağ gölü büllur, saf, firuzəyi görüntüsü ilə sanki bu torpaqların möcüzə adlı üzüyünün qaşıdır. Zahiri gözəlliyi, batini təmizliyi ilə insanı heyran edən Tufandağ nə qədər cəlbedici, heyran edici olsa da, onun ilin on iki ayı qasırğası, tufanı əskik olmur. Elə adını da bu sərt təbiət hadisəsindən alan Tufandağ gölü gözəlliyi ilə təkcə insanların deyil, təbiətin bir parçası olan quşların, heyvanların hüzur bulduğu, can atdığı yerdir. Deyirlər, ceyran, cüyür, maral oylağı olan gölün ətrafına köçəri quşlar da pərvanə kimi dolanır. İlin doqquz ayı buzla örtülü olan Tufandağ gölünün hətta yayın ortasında belə suyunun hərarəti +10 dərəcədən yuxarı qalxmır. 

Yerli sakinlərin, turistlərin, əsasən də təbiətşünasların qənaətinə istinad edərək deyə bilərik ki, “bura gəlmək hər adamın işi deyil, çünki bura maşın yolu yoxdur. Şahdağ və ya Qəbələ aşırımlarından başlayan, eyni zamanda yüksək fiziki hazırlıq tələb edən çətin və uzun məsafəni qət etməlisən”. Əldə olunan məlumatlardan o da bəlli olur ki, “Tufandağın ən gözəl vaxtları təbiətin donunu dəyişdiyi, qarın əridiyi, gölün firuzəyi rəngə boyandığı iyul, avqust aylarıdır. 

Yerli sakinlərin, daha doğrusu, sürüsünü muncuq kimi dağların döşünə yayan çobanların Nuhun gölü adlandırdığı möcüzəni ziyarət edənlər burada Tanrı üzü görən suyun bir başqa biçimdə təqdimatı ilə rastlaşırlar. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin