Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/02/2026

Paylaşın

TARİX

Sarı bənizli, mavi gözlü memar Antonio Gaudinin şah əsəri

Xose Mariya Bakobellanın çin olan yuxusu – Saqrada Familiya məbədi

Bir–birindən əzəmətli xristian məbədləri, kilsələri yer üzündə çoxdur. İstənilən Avropa ölkəsinə vardıqda isə onların ən möhtəşəmləri ilə rastlaşırsan.  Əzəməti ilə insanı heyran edən Saqrada Familiya məbədi də onlardan biridir.   1861-ci ildə Barselonalı Xose Mariya Bokabella İtalyada İsa Məsihin şərəfinə ucaldılan  məbədi görür, Barselonada da müqəddəs ailənin şərəfinə belə bir kilsə tikdirmək qərarına gəlir. Şəhərin mərkəzinə parası yetmədiyindən Barselonanın kənarında torpaq alır.  Əldə olunan, əfsanəni xatırladan məlumata görə,  Bokabellaya  yuxuda kilsəni  mavi gözlü şəxsin tikəcəyi deyilir. 1882-ci ildə o, layihəni memar Fransisko Del Vilvara həvalə edir. Bir il sonra memarla Bokabella arasında fikr ayrılığı yaranır və o, layihəni başa çatdırmaqdan imtina edir. Kilsənin inşası 31 yaşlı mavi gözlü və sarıbəniz Antonio Gaudiyə tapşırılır.  1909-cu ildə memar kilsənin yaxınlığında tikintidə çalışan fəhlələr və kasıb ailələrin üzvləri və övladları üçün kiçik evlər və məktəblər tikir. Antonio Gaudinin müasirləri məbədin tavanının, damının çökəcəyinə inandıqları halda memarın düşünülmüş planı əsasında qurulan möhkəm konsturuksiyalar tağı saxlayır. 

Barselona şəhərinin meri bu kədərli hadisədən sonra utanc və matəm əlaməti olaraq taksilərin sarı rəngə boyanması əmrini verir

Ömrünün 44 ilini məbədin inşasına həsr edən memar zahiri görkəminə, əyin  – başına diqqət etmədiyindən onu dilənçiyə bənzədənlərin sayı günü-gündən artır. Bunun digər bir səbəbi də məbədin tikintisinin başa çatdırılması üçün onun Barselona küçələrini dolaşaraq ianə toplaması olur.  

1926-cı il  iyunun 7-də Barselonada ilk dəfə tramvay xətti istifadəyə verilir.  Bir neçə saat sonra  onun təkərləri altına dilənçi qiyafəsində bir qoca düşür. Taksi sürücüləri onu xəstəxanaya çatdırmaqdan imtina edirlər. Kimsəsizlər xəstəxanasına gətirilən şəxs 3 gün sonra dünyasını dəyişir.  Onun nəşi kimsəsizlər məzarlığında dəfn edilməyə hazırlaşdırılan zaman həmin şəxsin Barselonanın incisinin- Barselona məbədinin memarı Antonio Gaudi olduğu üzə çıxır. Sarı bənizli, mavi gözlü memar,  Xose Mariya Bokabellanın yuxularının müjdəçisi dünyaşöhrətli Gaudi ömrünün 44 ilini həsr etdiyi, tikintisi o zaman hələ başa çatmayan İsa Məsih məbədində torpağa verilir. Əldə olunan məlumatlara görə, Barselona şəhərinin meri bu dəhşətli, həm də  kədərli hadisədən sonra utanc və matəm əlaməti olaraq taksilərin sarı rəngə boyanması əmrini verir.

Bu hadisədən sonra ikinci bir kədər yaşanır : İtaliyada İsa Məsihin şərəfinə ucaldılmış məbədin eynisini Barselonada ucaltdıran,  bu yolda son quruşunu  əsirgəməyən,  malikanəsini belə sataraq məbədin bir küncündə məskunlaşan Xose Mariya Bokabella dünyasını dəyişir.  İsa Məsihə  sevgisinin aynası olan məbəddə dəfn edilir. 

Corc Oruel “Dünyada ən iyrənc bina” adlandırdığı  tarixi tikilinin dağıdılacağına ümid edir

Antonio Gaudi dünyaya vida nəğməsi oxuduğu, daha doğrusu məbədin tikintisini başa çatdırmaq üçün ianə topladığı üzüdönük zamanda – tramvay altında qaldığı gün məbədin yalnız dörddə bir hissəsi hazır idi. Bundan sonra onun layihəsini ən yaxın dostu, memar Domenek Suqranes davam etdirir. 1936-cı ildə Vətəndaş müharibəsi zamanı Antonio Gaudinin emalatxanası yandırılır.  Memarın eskiz və maketlərinin böyük bir qismi məhv edilir. Onların bəzilərini köhnə şəkilləri sayəsində bərpa etmək mümkün olur. Həmin ərəfədə Barselonada olan yazıçı Corc Oruel “Dünyada ən iyrənc bina” adlandırdığı  tarixi tikilinin dağıdılacağına ümid edir. Əldə olunan məlumatlardan bəlli olur ki, Corc Oruel kimi düşünənlərin üzündən 1930-1935-ci illərdə məbədin tikintisi dayandırılır.

Barselonanın mirvarisi UNESCO-nun xətti ilə dünya mirası elan edilir

Hər şeyin hökmünü verən zaman  Bokabellanın və Gaudinin  yarımçıq arzularını gerçəyə çevirir. 1954-cü ildə məbədin tikintisinə yenidən başlanılır.  Maliyyə çətinlikləri üzündən bu illərdə tikinti uzansa da fəhlələr ac-susuz qalaraq onu başa çatdırmaq qərarına gəlirlər.  Maddi çətinlikləri aşmaq Gaudinin zamanında olduğu kimi yenə də ianələrin hesabına mümkün olur.  Turizm potensialından əldə olunan gəlirlər hesabına tikintisi başa çatan məbəd sonralar ölkəyə milyonlar qazandırır. 

Əzəməti, gözəlliyi ilə insanları heyran edən, Bokabellanın istəyi ilə İsa Məsihin şərəfinə ucaldılan, Barselonanın mirvarisi, sarıbənizli, mavi gözlü memar Antonio Gaudinin şah əsəri, sənət incisi kimi tarixdə qalan Saqrada Familiya məbədi UNESCO-nun xətti ilə dünya mirası elan edilir.  Məbədin tikintisi nəzərdə tutulub, planlaşdırıldığı kimi 2026-cı ildə Antonio Gaudinin dünyaya vida nəğməsi oxumasını 100 illiyinin şərəfinə başa çatdırılır, bu möhtəşəm sənət incisinin, Tanrı evinin təntənəli açılış mərasimi iyunun 11-də baş tutur. Törəndə iştirak edən Roma Papası XVI Lev İsa Məsih qülləsinə müqəddəs su çiləyir.  120 min xristianın cəm olduğu  törən gecəsində  Məbəd şam işığı ilə nura qərq edilir. 

Gaudi Saqrada Familiya məbədini Müqəddəs dağdan hündürdə görmək istəmədiyindən onu kiçik inşa etmişdi

Əldə olunan digər məlumatlardan bəlli olur ki, dünyanın ən hündür kilsəsi hesab olunan Saqrada Familiya Məbədinin yeni İsa Məsih qülləsininin  hündürlüyü 172,5 metrdir. Hündürlüyünə görə Kataloniyadakı 173 metrlik Montjorik dağından sonra ikinci sırada dayanan kilsənin ziyarətinə hər gün mindən çox insan gəlir. Əldə olunan bir başqa məlumatdan o da bəlli olur ki, memar Antonio Gaudi ömrünün 44 ilini bağışladığı Saqrada Familiya məbədini Tanrının xəlq etdiyi Müqəddəs dağdan hündürdə görmək istəmədiyindən onu 5 santimetr  kiçik inşa etmişdi. 

Dünya hələ təlatümdə, insan, insanlıq isə səksəkədədir

Deyirlər, Saqrada Familiya kilsəsi tamamlanan gün dünyanın sonu gəlməli imiş.  Dünyanın sonu gəlməyib. Amma  etiraf edək ki, sonun başlanğıcı olan hadisələrin sayı çox olub. Siyasi münaqişələr, müharibələr, təbii fəlakətlər tüğyan edib və etməkdədir. Dünyanın COVİD-19 adlı bəlası isə təcridlə nəticələndi. Tanrı evlərindən insanların ayaqları kəsildi. Məbədlərin, kilsələrin,  sineqoqların qüllələrindən zənglər,  məscidlərin minarələrindən azan səsi perik düşdü. Üçüncü Dünya Müharibəsindən nigaran olan dünya hələ təlatümdə, insan, insanlıq isə səksəkədədir. Bokabellanın gerçəyə çevrilən arzusu, çin çıxan yuxusu, sarı bənizli,  mavi gözlü Gaudinin ruhunun dolandığı, İsa Məsihin müqəddəsliyinin boylandığı Saqrada Familiya məbədinin Sahibi yer üzündən ipini üzməsin! 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini təbrik edib.

Ən son

TARİX

Xose Mariya Bakobellanın çin olan yuxusu – Saqrada Familiya məbədi

TARİX

Xose Mariya Bakobellanın çin olan yuxusu – Saqrada Familiya məbədi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin