Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2026

Paylaşın

GÜNDƏM

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

Türk Mədəniyyəti və İrsi Fondu

28 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Özbəkistan Milli İnformasiya Agentliyinin (UZA) Baş direktoru cənab Abdusaid Kuçimov ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, görüş zamanı tərəflər Fond ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə edərək, türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş beynəlxalq mədəni-humanitar layihə və təşəbbüslərin informasiya dəstəyinə xüsusi diqqət yetiriblər.

Professor Aktotı Raimkulova Fondun əsas layihə və təşəbbüsləri, o cümlədən “Türk mədəni irsinin çoxdilli kataloqu”, “Türk folkloru antologiyası”, TurkicHeritage rəqəmsal platforması, bərpa, nəşriyyat və elmi-maarifləndirici layihələr, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər barədə məlumat verib.

Özbəkistan Milli İnformasiya Agentliyinin Baş direktoru cənab Abdusaid Kuçimov Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, türk xalqlarının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, Fondun layihə və təşəbbüslərinə informasiya dəstəyinin göstərilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin birgə media layihələrinin həyata keçirilməsi, türk dünyasının mədəniyyət və irsinin beynəlxalq media məkanında daha geniş təqdim olunmasına töhfə verəcək tematik nəşrlərin, müsahibələrin, foto və videomaterialların hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması imkanları da nəzərdən keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ən son

GÜNDƏM

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin

GÜNDƏM

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin