Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2026

Paylaşın

HƏR ŞEYDƏN

Kəbə – varlığı hikmət, ziyarəti nemət

IMG-20260828-WA0003

Kəbədə bulanmaq, tavabın əzəmətini yaşamaq, Həcərül-əsvədə, İbrahim Peyğəmbərin məqamına əl sürmək hər bir müsəlmanın ən böyük arzusu olmaqla yanaşı, həm də səadət payıdır. Deyirlər Kəbədə qılınan bir rükət qılınan namaz bir insanın 55 il 6 ay və 20 gündə qılacağı namaza bərabərdir. Tanrının bu özəl və gözəl məkanında insanı qəribə bir hiss, duyğu bürüyür. İnsan ayaq saxlayır və düşünür. Burada qılınan bir rükət namazın ömrü boyu qılacağı namazdan daha üstün olduğunu anlayır. Tavabın gözəlliyini yaşadıqca, yeddi dönüm Kəbənin nurunu ruhuna çilədikcə dünyaya baxışın dəyişir. Sanki ayaqların yerdən üzülür, nur haləsinə bürünürsən. Libasın nurdan biçilir, duyğuların, duaların cismani sərhədləri aşır. Yerlə göyün arasında, sanki mələyə çevrilirsən. İlahi nura təslim olursan. Duyğuların, sevgilərin, duaların ilahi biçim alır. Özünü deyil, üstündə haqqı-sayı olanları, sənə ruhundan, cismindən qida verənləri, yıxılanda əlindən tutanları yada salırsan. Duyğularının yönünün, istiqamətinin dəyişdiyi bu müqəddəs məkanda, sanki zaman başqa cür olur. Su kimi axır, bulud kimi dolur, ətəyini sıxıb Yer üzünü nura qərq edir. hər addımda minlərlə dua selinə, nuruna qərq olursan. Sanki ayaqların yerdə deyil, göylərdə süzür. Əlin-qolun mələklər kimi qanad çalır. Hər səcdədə göz yaşların selə dönür. Bulaq qaynayan çeşmə kimi çağlayan, vüsalı camını xatırladan o göz yaşları insanda qəribə bir hüzur yaradır.

Dünyanın dörd bir yanından gələn, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin qəlbini bir dua nurlandırır: “Allahım, yaratdığına və nəsib etdiyinə min dəfə şükür olsun!”
Tavabını başa vurub Həcərül-əsvədə, İbrahim Peyğəmbərin məqamına əl sürəndən Səfa – Mərvə arası var-gəl edəndən, Zəm-zəm suyunun nuruna bürünəndən, Kəbədən qopandan sonra insan ruhuna qəribə, həm də qaribanə bir duyğu hakim kəsilir: “Tanrım, əllərimi bir daha bu müqəddəs məkana, niqabını qaldırıb, köçünü əylədiyin, “Qurani-Kərimi mələklərin qanadında Yer üzünə endirib, Peyğəmbərin (s.a.s.) ruhundan cücərtdiyi müqəddəsliyə yetir!”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.

Ən son

GÜNDƏM

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın

GÜNDƏM

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin