Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/24/2026

Paylaşın

HƏR ŞEYDƏN

Ağ Ev alovlar içində: ABŞ paytaxtının unudulmayan gecəsi

Ağ Ev

1814-cü il avqustun 24-də Vaşinqton öz tarixinin ən ağır gecələrindən birini yaşadı. Həmin dövrdə 1812–1815-ci illəri əhatə edən İngiltərə–Amerika müharibəsi gedirdi. Bladensberq döyüşündə Amerika qüvvələrinin məğlubiyyətindən sonra general Robert Rossun komandanlığı altında Britaniya qoşunları demək olar ki, ciddi müqavimətlə qarşılaşmadan ABŞ paytaxtına daxil oldular. Prezident Ceyms Medison və hökumət üzvləri şəhəri tərk etmək məcburiyyətində qaldılar.

Britaniyalıların əsas hədəfi Amerika hakimiyyətinin rəmzləri idi. Onlar Kapitolini, dövlət idarələrinin binalarını yandırdıqdan sonra prezident iqamətgahına doğru irəlilədilər. Həmin dövrdə bu bina daha çox Prezident Evi adlandırılırdı. “Ağ Ev” adı isə yalnız 1901-ci ildə rəsmi şəkildə təsdiqləndi.

Şəhəri tərk etməzdən əvvəl ABŞ-ın birinci xanımı Dolli Medison mühüm sənədlərin və ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun Gilbert Stüart tərəfindən çəkilmiş məşhur portretinin xilas edilməsini tapşırdı. Sonralar belə bir əfsanə yarandı ki, guya o, portreti şəxsən divardan götürərək yanan binadan çıxarıb. Əslində isə Medison tablonun xilas edilməsində israr etmiş, onu iqamətgahın bir neçə əməkdaşı binadan çıxarmışdı.

Britaniyalı zabitlər binaya daxil olarkən prezident və qonaqları üçün hazırlanmış süfrəni gördülər. Əsgərlər süfrədəki yemək və içkilərdən daddıqdan sonra binaya od vurdular. Alov binanın interyerini və əmlakın böyük hissəsini məhv etdi. Prezident iqamətgahından faktiki olaraq yalnız yanmış divarlar qaldı.

Hücum həm də qisas xarakteri daşıyırdı. Britaniya komandanlığı bunu Amerika qoşunlarının daha əvvəl Yuxarı Kanadada törətdiyi dağıntılara cavab kimi qiymətləndirirdi. Bununla yanaşı, britaniyalılar əsasən dövlət obyektlərini hədəfə alır, şəxsi evləri dağıtmamağa çalışırdılar.

Ertəsi gün, avqustun 25-də Vaşinqton güclü tufan və leysan yağışı ilə üzləşdi, bəzi tarixi mənbələr isə şəhərdə tornado baş verdiyini də qeyd edir. Təbiət hadisəsi davam edən yanğınların söndürülməsinə kömək etsə də, şəhərə özü də yeni ziyan vurdu.

1814-cü il yanğını ilə bağlı daha bir məşhur mif var. Guya yanğının izlərini gizlətmək üçün bina ilk dəfə məhz bundan sonra ağ rəngə boyanıb. Əslində isə onun divarları hələ 1798-ci ildən ağ rəngə boyanmışdı. 1814-cü il yanğınının izləri Ağ Evin daş hörgüsünün bəzi hissələrində bu günədək qorunub saxlanılıb.

Britaniya ordusu Vaşinqtonu tərk edərkən arxada yanmış divarlar qoydu. Cəmi bir neçə ildən sonra isə prezident iqamətgahı bərpa edildi, 1814-cü il yanğını isə Ağ Evin tarixinin ən dramatik səhifələrindən birinə çevrildi.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında çıxışını başa vurub

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkə səhifəsində Özbəkistanın Buxara

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkə səhifəsində Özbəkistanın Buxara

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin