Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2026

Paylaşın

CƏMIYYƏT

İnsana insan gərəkdir

WhatsApp Image 2026-08-05 at 10.13.28

Yüzdən çox qohumu bir süfrə arxasında birləşdirən ailə ənənəsinin hekayəsi

Biz qohumlarımızla ən çox iki halda – toyda və ya yasda görüşürük. Bəs sadəcə ailə olduğumuz üçün görüşsək, toplaşsaq necə? Bu yaxınlarda valideynlərimin və qohumlarımın yaşadığı Azərbaycanın ən gözəl guşələrindən biri – Zaqatalada idim. Bu səfər əvvəlkilərdən fərqli idi. İlk dəfə olaraq bütün nəslimizi bir araya gətirən “Family Fest” adlı ailə görüşü təşkil olundu. Bu gözəl ideyanın müəllifi əmimdir. O, illər əvvəl Osetiyada buna bənzər bir ənənə görmüşdü. Lakin bu ənənənin əsl dəyərini həyatının ən ağır günlərində anladı. Oğlunu itirdiyi zaman bütün qohumları onun yanında oldu. Hamı borc bildiyi üçün yox, ailə olduqları üçün onun yanında idi. Məhz o gün əmim bir həqiqəti dərk etdi: insana insan gərəkdir. Səninlə eyni evdə böyüyən, eyni süfrənin çörəyini bölüşən, uşaqlıq xatirələrini paylaşan insanlar həyatda sahib olduğumuz ən böyük sərvətdir.

Bu gün isə həyat tamam başqadır. İş, təhsil, gündəlik qayğılar, kilometrlərlə uzaq məsafələr… Bir vaxtlar bayramlarda qohum-əqrəbanı ziyarət etmək adət idi. İndi isə bunu etmək hər kəs üçün mümkün deyil. Kimisi başqa şəhərdə, kimisi başqa ölkədə yaşayır. Elə buna görə qərara gəldik ki, ildə bir dəfə, əvvəlcədən müəyyən olunmuş gündə bütün ailə bir araya gəlsin. Nəslimizin böyükləri bu görüşü təşkil etdilər. Hamı uşaqları və nəvələri ilə birlikdə gəldi. Aralarında elələri var idi ki, onları yalnız şəkillərdən tanıyırdım. İlk dəfə idi ki, söhbət etmək, tanış olmaq, eyni günü birlikdə yaşamaq fürsəti əldə edirdik. Hər kəs özünə uyğun məşğuliyyət tapmışdı. Kimisi nərd oynayırdı, kimisi balıq tuturdu. Uşaqlar çayda çimir, böyüklər voleybol və futbol oynayır, başqaları isə söhbət edib köhnə xatirələri yada salırdı. Gülüş səsləri hər tərəfdən eşidilirdi. Amma günün ən yaddaqalan anı axşam idi. Yüzdən çox insanın eyni süfrə arxasında toplandığını görəndə düşündüm ki, böyük bir ailənin üzvü olmaq necə böyük xoşbəxtlikdir. Həmin an insan anlayır ki, ailə yalnız soyad deyil. Ailə tarixdir, yaddaşdır, kökdür.

Psixoloqlar hesab edirlər ki, ailə ənənələri insanın özünü təhlükəsiz və aid hiss etməsində mühüm rol oynayır. Belə görüşlər nəsillər arasında bağları möhkəmləndirir, uşaqlara öz köklərini tanıdır və ailə dəyərlərinin yaşamasına xidmət edir.

Sosioloqlar isə qeyd edirlər ki, ailə bağlarının güclü olduğu cəmiyyətlərdə insanlar bir-birinə daha çox güvənir, həmrəy olur və çətin anlarda bir-birinə dəstək verməyə daha meyilli olurlar. Güclü ailələr sağlam cəmiyyətin təməlidir.

Azərbaycan həmişə möhkəm qohumluq münasibətləri ilə seçilib

 Bizim üçün ailə yalnız ata, ana və övladdan ibarət deyil. Nənə, baba, əmi, dayı, bibi, xala, əmioğlu, xalaqızı, dayıqızı… Hamısı ailənin ayrılmaz hissəsidir. Lakin zaman dəyişir. Gənc ailələr getdikcə daha çox ayrı yaşayır, başqa şəhərlərə və ölkələrə köçür. Biz yaxınlarımızla hər gün telefonda danışır, sosial şəbəkələrdə yazışırıq. Amma virtual ünsiyyət heç vaxt eyni süfrə arxasında içilən bir fincan çayın yerini vermir. Düşünürəm ki, ailə bir gündə zəifləmir. Ailə o zaman zəifləyir ki, birlikdə olmağa səbəblər azalır. Bəlkə də elə buna görə ənənələr yaranıb. Keçmişi xatırlamaq üçün yox, insanları bir-birinə bağlamaq üçün. Çünki ənənələr adətlərdən daha artıq məna daşıyır. Onlar insanları bir araya gətirir. Bizi eyni süfrə arxasında bir araya gətirən ənənələr yaşadıqca, uşaqlar bir-birini tanıdıqca, böyüklər ailə tarixini kiçiklərə ötürdükcə, ailə də yaşayacaq.

Ayna Bəxtiyar

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah"ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus"la (Danimarka) səfər matçında 70-ə yaxın azarkeş dəstəkləyəcək.

Ən son

CƏMIYYƏT

Yüzdən çox qohumu bir süfrə arxasında birləşdirən ailə ənənəsinin hekayəsi

CƏMIYYƏT

Yüzdən çox qohumu bir süfrə arxasında birləşdirən ailə ənənəsinin hekayəsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin