Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2026

Paylaşın

Mədəniyyət

Akademik Musiqili Teatrın direktoru Portuqaliyada beynəlxalq festivalda iştirak edib

Portuqaliya

18-25 iyul tarixlərində Portuqaliyanın Braqa, Maia, Barcelos və Fafe şəhərlərində dünyanın tanınmış teatr xadimlərini, yaradıcı kollektivləri və mədəniyyət rəhbərlərini bir araya gətirən V Beynəlxalq Teatr Festivalı keçirilib.

Baki-baku.az xəbər verir ki, Portuqaliya, İspaniya, İtaliya, Ukrayna və Moldova daxil olmaqla, ümumilikdə 10 ölkədən 80-dən çox teatr mütəxəssisinin qatıldığı, 14 tamaşanın nümayiş olunduğu beynəlxalq tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı jüri qismində iştirak edib.

Direktor festival çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuş tədbir və panel müzakirələrdə iştirak edərək bir sıra ölkələrin teatr rəhbərləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

A.Bəhramlı həmçinin Avrasiya Teatrlar Assosiasiyası (ETA) təsisçilərinin iclasında da iştirak edib.

Bildirək ki, beynəlxalq teatr dialoqunun inkişafına mühüm töhfə verən V Beynəlxalq Teatr Festivalı 45 illik yubileyini qeyd edən “Teatro Circo”nun təşkilatçılığı, Portuqaliya Mədəniyyət Nazirliyi, “DGArtes”, yerli bələdiyyələr və Avrasiya Teatrlar Assosiasiyasının tərəfdaşlığı ilə reallaşıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil

Ən son

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin