Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2026

Paylaşın

GÜNDƏM

İstirahət bitir, zibil qalır: Çimərliklərdə narahatlıq yaradan mənzərə

Çimərlik, Zibil, İstirahət

Yay aylarında havaların isinməsi ilə birlikdə insanlar kütləvi şəkildə dənizkənarı istirahət məkanlarına üz tuturlar. Çimərliklərdə vətəndaşların rahatlığı üçün müxtəlif şərait yaradılıb, ərazilərin təmiz saxlanılması istiqamətində mütəmadi işlər görülür. Buna baxmayaraq, istirahət edənlərin bir qismi istifadə etdikləri plastik qabları, içki butulkalarını, paketləri və digər məişət tullantılarını əraziyə ataraq sahillərin çirklənməsinə səbəb olur. Halbuki, çimərliklər boyunca kifayət qədər zibil qutuları quraşdırılıb. Təəssüf ki, bəzi insanlar tullantıları həmin qutulara atmaq əvəzinə qumun altında gizlədir və ya dənizə atırlar.

Baki-baku.az xəbər verir ki, çimərlik ərazilərinə üz tutan bəzi şəxslərin bu hərəkəti həm digər vətəndaşlara qarşı məsuliyyətsizlik, həm də ekoloji mühitin pozulması deməkdir.

Çimərlik, Zibil, İstirahət

Əraziləri təmizləmək bizim vəzifəmizdir, amma onları çirkləndirməmək hər kəsin borcudur

Xəzər Mənzil Kommunal Təsərrüfatı Birliyindən (XMKTB) bildirilib ki, yay mövsümündə təmizlik xidmətlərinin üzərinə düşən yük əhəmiyyətli dərəcədə artır. Yüksək temperatur səbəbindən qida tullantıları qısa müddətdə xarab olur, pis qoxu yaradır və həm ətraf mühitə, həm də istirahət edən insanlara narahatlıq verir.

“Bu səbəbdən əməkdaşlarımız gün ərzində daha intensiv çalışırlar. Xüsusilə çimərliklərdə yaranan çirkli mənzərə insanların rahat istirahətinə mane olur. Bizim əsas vəzifəmiz tullantıları toplamaqdır, lakin onların ətrafa səpələnməsinin qarşısını yalnız insanların məsuliyyətli davranışı ala bilər”.

Çimərlik, Zibil, İstirahət

XMKTB-dən qeyd edilib ki, yay aylarında çimərliklərə gələnlərin sayı artdıqca yığılan tullantıların miqdarı da yüksəlir.

“Hər səhər sahilboyu ərazilərdə geniş təmizlik işləri həyata keçirilir. Gün ərzində əməkdaşlarımız dəfələrlə əraziyə baxış keçirir, konteynerlərin doluluğunu izləyir və lazım gəldikdə dərhal boşaldırlar. Ancaq axşam saatlarında eyni ərazilər yenidən zibillə dolur. Sanki gün ərzində heç bir təmizlik işi aparılmayıb. Biz insanların rahatlığı üçün fasiləsiz çalışırıq, amma təəssüf ki, hamı bu əməyə eyni dərəcədə hörmət göstərmir”.

Əlavə edilib ki, çimərliklərdə kifayət qədər zibil konteyneri və tullantı qutusu yerləşdirilib. Bəzi ərazilərdə plastik, kağız və digər tullantıların ayrıca toplanması üçün çeşidlənmiş qutular da quraşdırılıb. Buna baxmayaraq, bəzi vətəndaşlar cəmi bir neçə addımlıq məsafədə yerləşən zibil qabından istifadə etmək əvəzinə tullantıları yerə atmağa üstünlük verirlər.

Çimərlik, Zibil, İstirahət

Bildirib ki, narahatlıq doğuran məqamlardan biri də bu davranışın uşaqların gözü qarşısında baş verməsidir:

“Bəzən ailə üzvləri birlikdə istirahət edərkən tullantıları ətrafa atırlar. Uşaqlar da bunu normal davranış kimi qəbul edir və gələcəkdə ekoloji məsuliyyət hissi zəifləyir. Aidiyyəti qurumlarla birlikdə maarifləndirici tədbirlər keçirilir, çimərliklərdə xəbərdaredici lövhələr quraşdırılır, insanlarla söhbətlər aparılır. Ancaq problemin tam həlli yalnız cərimələrlə deyil, vətəndaşların ekoloji mədəniyyətinin formalaşması ilə mümkündür”.

Çimərlik, Zibil, İstirahət

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.

Ən son

HƏR ŞEYDƏN

Atalar sözləri sadəcə gözəl ifadələr deyil. Onlar xalqın yüzillər boyu topladığı həyat təcrübəsini, mənəvi dəyərlərini

HƏR ŞEYDƏN

Atalar sözləri sadəcə gözəl ifadələr deyil. Onlar xalqın yüzillər boyu topladığı həyat təcrübəsini, mənəvi dəyərlərini
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin