Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/20/2026

Paylaşın

Mədəniyyət

Musiqili Teatr 116-cı mövsümünü “Operetta inciləri” konsert proqramı ilə başa vurdu

"Operetta inciləri"

İyulun 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibətilə təqdim olunan “Operetta inciləri” adlı konsert proqramı alqışlarla qarşılanıb.

Baki-baku.az xəbər verir ki, konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Kazımi və Sərdar Fərəcovun, eləcə də xarici ölkə bəstəkarları İohann Ştraus, Frans Leqar, İmre Kalman, Alice Dona və Rikardo Koçantenin məşhur əsərlərindən seçilmiş ariya və duetlər səsləndirilib.

Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə Rüstəmova və Orxan Hüseynli, solo tar ifaçısı Əməkdar artist Elxan Mansurov, eləcə də xor artistləri çıxış ediblər.

Bağlanış mərasiminin quruluşçu rejissoru Cavid İmamverdiyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az President.az-a istinadən məktubun mətnini təqdim edir:

Ən son

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin