İyulun 20-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılır.
Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bununla əlaqədar saat 13:00-dək Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazidə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.