Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/17/2026

Paylaşın

Mədəniyyət

Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı” keçirilib

Vaqif Poeziya Günləri

Ağdamda Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı” keçirilib.

Baki-baku.az-ın Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxış ediblər.

Çıxışlarda türk dünyasının ortaq ədəbi-mədəni irsinin qorunmasının, gənc yaradıcı nəslin dəstəklənməsinin və ölkələr arasında ədəbi əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, festival müxtəlif ölkələrdən olan gənc şairlər arasında yaradıcılıq mübadiləsinin aparılması, yeni ədəbi əlaqələrin qurulması və ortaq mədəni dəyərlərin təbliği baxımından mühüm platformadır.

Çıxışlardan sonra türk dövlətlərindən olan iştirakçı şairlər özlərinin şeir nümunələrini səsləndiriblər.

Nümunələr münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblər müəyyənləşdirilib.

Qaliblərin adlarının açıqlanması və mükafatlandırılması gün sonuna doğru Vaqif Poeziya Günlərinin təntənəli açılış mərasimində baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev iyulun 17-də Braziliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de

Ən son

GÜNDƏM

Bakının Abşeron rayonunun Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən

GÜNDƏM

Bakının Abşeron rayonunun Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin