Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/17/2026

Paylaşın

İdman

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışına start verilib

Güləş, Azərbaycan Güləş Federasiyası

27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışına start verilib.

Bu barədə Baki-baku.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn qaydada, eləcə də iTicket-in satış məntəqələrindən əldə etmək mümkündür. Bilet qiymətləri 2 və 5 manat təşkil edir.

Yarış proqramı hər gün iki sessiyadan ibarət olacaq:

Gündüz sessiyası (10:30–14:30)

İlkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinal mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Axşam sessiyası (17:00–20:00)

Yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri baş tutacaq.

Bir biletlə həm gündüz, həm də axşam sessiyasını izləmək, eyni zamanda sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada azarkeşlər üçün müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və s. tədbirlərdə iştirak etmək mümkündür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin