Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/16/2026

Paylaşın

GÜNDƏM

“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb

"Bank of Baku"

“Bank of Baku” ASC bu ilin I yarısını 16,076 milyon manat xalis mənfəətlə başa vurub.

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.

Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri 116,581 milyon manat (1 il əvvələ nisbətən 26,3 % çox), xərcləri 93,183 milyon manat (26,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,33 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 4,993 milyon manat (1,3 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 1 milyard 391,562 milyon manat olub ki, bu da illik müqayisədə 33,2 % çoxdur. Bunun 1 milyard 5,37 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,8 % böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 36,5 % artaraq 1 milyard 210,272 milyon manata, o cümlədən depozit portfeli 43,5 % artaraq 948,889 milyon manata, balans kapitalı isə 14,5 % artaraq 181,29 milyon manata çatıb.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Ağqoyunlular dövləti Həsən bəyin qılıncının qüdrəti, Sara xatunun diplomatik gedişləri, analitik təfəkkürü,

Ən son

HƏR ŞEYDƏN

Dəniz sahilinə çatan kimi sanki dünya bir anlıq dayanır.

HƏR ŞEYDƏN

Dəniz sahilinə çatan kimi sanki dünya bir anlıq dayanır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin